Mayın 10-da Ağcabədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə ağacəkmə aksiyası keçirilib. Aksiyada rayon icra hakimiyyətinin ,idarə müəssisə və təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə Ağcabədi- Zərdab magistral yolunun Zəfər prospekti adlanan hissəsində 99 yolka ağacı əkilib, onlara aqrotexniki qulluq göstərilib.