17.8 C
Aghjabadi
Bazar ertəsi, May 23, 2022

Azərbaycanda torpaqların şoranlaşmasının qarşısı alınır

Mütəmadi olaraq kollektorların lildən təmizlənməsini həyata keçirən Mil-Qarabağ və Aşağı Şirvan Kollektorlarının İstismarı idarəsi balansında olan 5 ədəd nasos stansiya vasitəsilə qrunt sularını ərazilərdən kənarlaşdırır. Bu nasos stansiyalar hesabına ilin əvvəlindən bu günə qədər 266 min kub metr qrunt suları ərazidən kənarlaşdırılıb.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-dən verilən məlumata görə, 2022-ci ilin 1-ci rübü ərzində Kürdəmir rayonu ərazisində olan kollektorlarda 72 min kub metr, Zərdab rayonu ərazisində 62 min, Ağsu rayonu ərazisində 45 min kub metr lildən təmizləmə işləri yerinə yetirilib.

Ümumilikdə isə idarə kollektorlarda 179 min kub metr lildən təmizləmə işlərini reallaşdırıb.

Məlumata görə, Mil-Qarabağ və Aşağı Şirvan kollektorlarının istismarı idarəsi respublikanın 6 rayonuna xidmət edir. İdarənin xidmət etdiyi kollektorun uzunluğu 5 min km-ə yaxındır. Hər il idarənin texnikaları vasitəsilə kollektor-drenaj şəbəkələrində lildən təmizləmə işləri həyata keçirilir ki, bununla da torpaqların şoranlaşmasının qarşısı alınır. 2021-ci ildə illik plana əsasən Zərdabda 1, Kürdəmirdə 1 və Ağsu rayonu ərazisində 1 ədəd sukeçirici əsaslı təmir edilib. Bundan başqa 78 ədəd hidrotexniki qurğu, 2 ədəd hidrometrik post və 5 ədəd meliorativ nasos stansiyasında cari təmir işləri yerinə yetirilib. Ötən il ərzində ümumi olaraq 1600 min kub metrə yaxın kollektorların lildən təmizlənməsi işləri görülərək tamamlanıb.

Qeyd edilib ki, Mil-Qarabağ və Aşağı Şirvan Kollektorlarının İstismarı idarəsi Yevlax, Bərdə, Zərdab, Kürdəmir, Ağsu və Ağcabədi rayonlarında kollektorların lildən təmizlənməsini təmin etməklə bərabər balansında olan meliorativ obyektlərə xidmət edir.

Xəbər lenti

Bu gün onların peşə bayramıdır

Mayın 23-ü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır.  Bu münasibətlə 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ulu...

“Fədakarlar bir amalın uğrunda” kitabının təqdimatı keçirilib

Mayın 21-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri,  Azərbaycan Jurnalistlər Birliyinin üzvü Aydın Tağıyevin...

Azərbaycan sülhə, təhlükəsizliyə və sabitliyə sadiqdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevmayın 18-də Litva Prezidenti Gitanas Nausadının ölkəmizə səfəri ilə əlaqədar mətbat üçün bəyanat verib.  Ölkə Prezidenti bildirib...

“Çempionumuz” layihəsi çərçivəsində növbəti görüş

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyi tərəfindən təsdiq edilmiş birgə əsasnaməyə müvafiq...

Deyimlərimiz, kəlamlarımız

         Bədii yaradıcılıq xalqımızın ruhunda, canındadır. Lap qədimdən bu günə qədər qaynayıb-daşan, axıb-coşan bu yaradıcılıq çeşməsi bitib-tükənmək bilmir. Zəngin məna çalarlarına malik...

Avşar elinin tarixi

         Fəzlullah Rəşidəddin (“Cəmiəttəvarix”), Yazıçıoğlu Əli (“Səlcuqnamə”) və Əbülqazi Bahadır Xan Xivəliyə (“Şəcəreitərakimə”) görə Avşar adının anlamı “işlərini cəld görən və ova...

Kümçülərə 877 qutu barama qurdu paylanılıb

         Respublikamızda barama istehsalına yüksək dövlət diqqət və qayğısından ruhlanan rayon kümçüləri 2022-ci təsərrüfat ilində  də bu mühüm kampaniyaya böyük həvəslə qoşulublar.

Şəhidlərin xatirəsi əbədiləşdirilib

         Rayonun İmamqulubəyli kəndində Birinci Qarabağ müharibəsi şəhidləri Hidayət Kərimov, Cavanşir Zeynalov, Savalan Kərimov, Yadigar Bəşirov və Röyal Baxşəliyevin xatirələrini əbədiləşdirmək məqsədi...

ZƏFƏR QURULTAYI UĞURLU SİYASƏTİN NƏTİCƏSİDİR

https://www.youtube.com/watch?v=dqfE9owZVPk&t=71s

Kürdəmirdə baş verən avtoqəzada Ağcabədi sakinləri xəsarət alıb

Hadisə bu gün səhər Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes” markalı minik avtomobilinin sürücüsü İmişli...

Şərhlər