YAP Ağcabədi rayon təşkilatı tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə silsilə tədbirlər davam etdirilir.
Növbəti belə tədbirlərdən biri də rayonunun ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən bədii qiraət müsabiqəsidir.
Müsabiqədə YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov çıxış edərək, qeyd edib ki, hər il olduğu kimi bu il də YAP Ağcabədi rayon təşkilatı ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə silsilə tədbirlər, yarış və müsabiqələr keçirir. Həmin tədbirlərin davamı olaraq məktəblilər arasında bədii qiraət müsabiqəsi təşkil olunub. R. Əhmədov müsabiqə iştirakçılarına uğurlar arzulayıb və qaliblərin YAP Ağcabədi rayon təşkilatı tərəfindən mükafatlandırılacağını bildirib.
Müsabiqənin keçirilməsi üçün obyektiv münsiflər heyəti müəyyənləşdirilərək dəvət ediliblər.
5 saata yaxın davam edən müsabiqədə münsiflər heyətinin yekdil qərarına əsasən Boyat kənd tam orta məktəbin VIII sinif şagirdi Leyla Ağayeva I, Avşar kənd 1 saylı tam orta məktəbin IX sinif şagirdi Dərya Alıyeva II, şəhər 11 saylı tam orta məktəbin V sinif şagirdi Nəzakət Əliyeva və Salmanbəyli kənd tam orta məktəbin IX sinif şagirdi Ayxan Hüseynli III yerə layiq görülüblər.
Yekunda müsabiqənin qaliblərinə YAP Ağcabədi rayon təşkilatı tərəfindən Fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.
YAP Ağcabədi rayon təşkilatının əməkdaşı
Nazim Bünyatov