Qarabağ Atçılıq Kompeksində yarış keçirilib

   Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyi münasibətilə Qarabağ Atçılıq Kompleksində sərgi və atçılıq   yarışı keçirilib.

   Tədbiri Qarabağ Atçılıq Kompelsinin direktoru Elman Qədirov açıq elan edib. Sonra Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edib.

   Digər çıxışlardan sonra sərgiyə baxış keçirilib. Sərgidə balalı madyanlar, 2 və 3 yaşar, həmçinin 4 və yuxarı yaşlı atlar nümayiş etdirilib. Daha sonra cıdır yarışları keçirilib. Yarışlarda 3 mükafat oynanılıb.

   Ulu öndər Heydər Əliyevin anadan oomasının 99-cu ildönümünə həsr edilmiş mükafatın qalibi Sadiq Orucov olub. Digər 2 mükafatı – Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş mükafatla Zəfər mükafatını isə Cəfər Cəfərov qazanıb.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər