Ulu Öndərin abidəsi ziyarət edilmişdir

         May ayının 10-da  səhər saatlarından başlayaraq Ağcabədi ictimaiyyəti rayonun müəssisə və təşkilatının əməkdaşları, Yeni Azərbaycan Partiyasının üzvləri  Heydər Əliyev meydanına axışaraq Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü  münasibətilə onun abidəsini ziyarət edirlər.

         YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov aparatın  bir  qrup əməkdaşı  ilə Yeni Azərbaycan Partiyasının  yaradıcısı, Azərbaycan dövləti və xalqı qarşısında  müstəsna xidmətlər göstərmiş dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət  etmiş, abidə önünə tər çiçək dəstələri düzərək onun əziz xatirəsini  ehtiramla yad etmişlər.

     YAP Ağcabədi rayon təşkilatının əməkdaşı:     Nazim Bünyatov

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com