30.2 C
Aghjabadi

Regionlarda psixoloqların rolunun gücləndirilməsinə dəstək verilir

“Hüquq Dünyası” Hüquqi Təblığat İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Psixoloqların rolunu gücləndirilməklə uşaq hüquqlarının müdafiəsinin təşkili” layihəsini həyata keçirir. Layihənin əsas məqsədi postmüharibə dövründə müharibənin təsirlərinə məruz qalan bölgələrdə psixoloqların bilik və bacarıqlarının artırmaqla, uşaqlara keyfiyyətli psixoloji dəstək göstərmək, uşaq hüquqlarının qorunması və təbliğində  psixoloqlarıinn rolunu gücləndirməkdən ibarətdir. Layihə çərçivəsində  Ağdam və Ağcabədi rayonunda psixoloqlar üçün seminarlar həyata keçirilmişdir. Seminarlarda rayon  icra hakimiyyətinin, təhsil şöbəsinin, Sosial Xidmətlər Agentliyinin məsul şəxsləri iştirak etmiş, layihə çərçivəsində  seminarların postmüharibə dövründə keçirilməsinin xüsusi əhəmiyyətini qeyd ediblər.  Seminarı giriş sözü ilə təşkilatın sədri Zaur Quliyev açaraq layihənin məqsəd və  vəzifələri haqqında məlumat vermiş, seminar iştirakçılarına uğurlar arzulamışdır. Layihə rəhbəri  tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynov “Psixoloqların rolunu gücləndirilməklə uşaq hüquqlarının müdafiəsinin təşkili” layihə çərçivəsində həyata keçirilən fəaliyyətlər haqqında geniş məlumat vermiş, Vətən müharibəsində qələbəmizin qazanılmasında igid oğullarımızın qəhrəmanlığından söz açmış, post müharibə  dövründə psixoloqların üzərinə ciddi vəzifələrin və  məsuliyyətlərinin olduğunu bildirib.  Layihə üzrə ekspert, psixologiya üzrə  fəlsəfə doktoru, psixoloq Elmira Mirzəyeva seminarlar zamanı müharibənin təsirlərinə məruz qalmış rayonlarda  postmüharibə  dövründə  uşaqların psixoloji durumu, Vətən müharibəsinin gedişində  müharibənin acı  nəticələri ilə üzləşmiş uşaqlarda yaranmış stress və  gərginlik fonunda  uşaqlara psixoloji dəstəyin həyata keçirilməsində psixoloqların rolunun gücləndirilməsinin zəruriliyi, şəhid və  qazı övladlarına göstərilən psixoloji xidmətlər  və  uşaqların asudə vaxtının və sosial mühitə inteqrasiya olunmasıın təşkilində məktəb psixoloqunun və  uşaq birliyinin rolu məsələləri mövzusunda təqdimatlar etmiş və  mövzu ətrafında müzakirələr aparılıb. Layihənin davamlılığı olaraq ekspertinin mentor dəstəyi ilə Seminarlarda iştirak etmiş psixoloqların hər birinin öz yaşadığı və  fəaliyyət göstərdiyi  icmada “1 iyun- Uşaqların Beynəlxalq müdafiəsi günü” münasibətilə tədbir və  psixoloji yardım günlərinin təşkil olunması nəzərdə tutulur  Seminar iştirakçıları olan psixoloqlar  vacib və  aktual layihəni dəstəklədikləri üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə öz təşəkkürlərini  bildirmiş, gələcəkdə belə layihələrin davam etdirilməsinin faydalı, maraqlı olmaqla bərabər, gələcəyimiz olan uşaqların təhlükəsiz, psoxoloji və emosional baxımdan sağlam böyüməsində  mühüm rolu olduğunu ifadə etmişlər.   Növbəti seminarlar  Tərtər, Goranboy və Göygöl rayonlarda həyata keçiriləcəkdir.

Xəbər lenti

Şəhid Cəmaləddin Məmmədovun Anım günü qeyd olundu

Vətən müharibəsinin ilk günlərindən silaha sarılaraq döyüş meydanına atılan oğullarımızdan biri də Məmmədov Cəmaləddin Türbəndə oğludur. O, 1988-ci ildə Ağcabədinin Kürdlər kəndində...

Ağcabədidə prokurorluq işçilərinin peşə bayramı qeyd olundu

Ağcabədi rayonunda 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirildi.Tədbirdə hüquq-mühafizə orqanlarının rəhbər və əməkdaşları, Ağcabədi Rayon İcra...

​​​Xalqımız bütün təhdidlərə sinə gərəcək

  2020-ci ilin sentyabr  ayının 27-də​Ermənistanın təh-riki ilə başlayan və qəhrəman ordumuzun sücaəti nəticəsindəAzərbaycanın qələbəsi ilə başa çatan 2-ci Qarabağ Müharibəsi 30 il işğal altında inləyən torpaqlarımızın azad edilməsi ilə nəticələndi.

Anım günü kitabxanada da qeyd edilib

Sentyabr ayının 26-da Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kollektivi tərəfindən “27 Sentyabr - Anım Günü” ilə bağlı tədbir...

Şəhid ailələri ziyarət olunub

      YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov və aparatın əməkdaşları sentyabrın 27-də Vətən müharibəsinin ilk günündə qəhrəmancasına həlak olmuş Poladlı...

Taekvondo üzrə rayon turniri keçirilmişdir

25 sentyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Rizvan" Taekvondo Klubunun idman zalında "Anım...

İcra Hakimiyyətində yeni komissiya yaradılıb

Sentyabrın 23-də Ağcabədi Rayon İcra Hakimiyyətində şəhid ailəsi üzvləri, əlillik dərəcələri təyin olunmuş Vətən müharibəsi iştirakçıları və “Müharibə...

Şəhid Gülalı Qəhrəmanovun anım mərasimi keçirilib

​Şəhidlik məqamına ucalan hər kəs əbədi olaraq könüllərdə yaşayır, əbədilik qazanır.  ​Vətənimizin sərhədlərini yenidən quran Vətən baniləri öz adlarını tarixə əbədi...

Gücümüz birliyimizdir!

    Səfər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın cari ilin 27 sentyabrda Anım günündə Füzuli rayonuna səfərləri mühüm əhəməiyyət kəsb etdi. Səfəri zamanı çıxışında cənab...

Şəhid Rövşən Allahverdiyevin anım günü qeyd edildi

​Sentyabrın 28-də digər Qaraxanlı kəndində şəhid Rövşən Allahverdiyevin anım mərasimi keçirildi. ​Mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı, hüquq-mühafizə orqanları rəhbərləri, səfərbərlik və hərbi...

Şərhlər