Növbəti səyyar qəbul Qiyaməddinli kəndində keçirilib

            Mayın 11-də Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Qıyamadınlı kəndində səyyar qəbul keçirmişdir. Qəbulda YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, ağsaqqallar, kənd sakinləri və media mənsubları iştirak ediblər.

            İcra başçısı səyyar qəbulda çıxış edərək, Vətən müharibəsi zamanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun qazandığı böyük qələbədən, xalq-ordu birliyinin möhkəmliyindən və hazırda işğaldan azad olmuş torpaqlarda geniş vüsət alan tikinti, abadlıq, quruculuq işlərindən ətraflı söhbət açmışdır. R.Hüseynov onu da vurğulamışdır ki, tez-tez kəndlərə gedib  camaata kömək məqsədi ilə yerlərdə mövcud vəziyyətlə tanışlıq, konkret əməli tədbirlərin həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edir.

            Qəbul zamanı kənd sakinləri tərəfindən səsləndirilən problem və çətinliklə əlaqədar irad və təkliflər diqqətlə dinlənilərək, onların həlli istiqamətində məsləhət və tövsiyələr verilib. Bəzi məsələlər həllini elə yerindəcə tapmış, qalanlarının tezliklə aradan qaldırılması üçün müvafiq qurumlara tapşırıqlar verilmişdir.

            Kənd sakinləri belə əyani qəbulların onların problemlərinin həlli üçün faydalı olduğunu vurğulayaraq, ölkə Prezidentinə, eləcə də rayon rəhbərliyinə öz təşəkkür və minnətdarlıqlarını bildirmişlər.

Adil MİSİRLİ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər