Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialında Pedaqogika, psixologiya və onların tədrisi texnologiyası kafedrasının təşkilatçılığı ilə təhsildə sosial-psixoloji xidmət ixtisası tələbələrinin təqdimatında Psixoloqlar Günü münasibətilə tədbir keçirilib.
ADPU-dan bildirilib ki, bədii-əyləncəli tədbirdə filialın direktoru dosent Mobil Məcidov və müəllimlər çıxış edərək psixoloji xidmətin önəmini vurğulayıblar.
Tədbir tələbələrin ifasında bədii proqramla davam edib.