Ağcabədidə arvadını və qayınatasını bıçaqlayan şəxsə HÖKM OXUNUB

Ağcabədi rayonunda həyat yoldaşını və qayınatasını bıçaqlamaqda təqsieli bilinən İlhamiz Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə 1982-ci il təvəllüdlü Cəfərov İlhamiz Araz oğluna hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il dekabrın 9-da rayonun Ümid qəsəbəsində baş verib.

Qəsəbədə məskunlaşan İlhamiz Cəfərov yaşadığı binada həyat yoldaşı 38 yaşlı Cəfərova Aynurə Azim qızına və onun atası 63 yaşlı Hüsiyev Azim Kamal oğluna bıçaqla xəsarət yetirib.

Hadisəni törədən İlhamiz Cəfərov hüquq-mühafizə orqanlarının əməkdaşlarına təslim olub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər