Anar Kərimov vətəndaşlarla görüşəcək

Azərbaycan Respublikasının mədəniyyət naziri vətəndaşları qəbul edəcək.

Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov tərəfindən 2022-ci ilin may ayının 26-da saat 10:00-da Ağdam rayon Heydər Əliyev Mərkəzində (Ünvan: Ağdam rayonu, Quzanlı qəsəbəsi, Heydər Əliyev prospekti) Ağcabədi, Ağdam və Laçın rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.

Vətəndaşlar 22 may 2022-ci tarixinə qədər nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-30-02 telefon nömrəsi vasitəsi ilə və  “Whatsapp” xidmətinə  (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri tövsiyə olunur.

Sıra
Şəhər (rayon)Əlaqələndirici şəxsƏlaqə telefonu
1AğcabədiƏliyeva Məhəbbət Məmiş qızı
(Ağcabədəi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru)
050-332-90-22
2AğdamMəmmədova Səyyarə Nizami qızı
(Ağcabədi Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Ağdam rayonu üzrə nümayəndə )
051-392-96-21
3LaçınƏliyev Azər Arif oğlu
(Ağcabədi Regional Mədəniyyət İdarəsi, Laçın rayonu üzrə məsləhətçi)
050-343-74-85

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər