“Aran” qəzetinin redaktoru “Şuşa bizim milli rəmzimizdir” mövzusunda “Ən yaxşı yazı” müsabiqəsində ikinci yeri qazanıb

12 may 2022-ci il tarixində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Şuşa bizim milli rəmzimizdir” mövzusunda “Ən yaxşı yazı” müsabiqəsinin yekunlarına həsr edilmiş tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli lider Heydər Əliyevin Şuşa haqqında fikirlərinə həsr olunmuş video nümayiş etdirilib.
Davamında Cabbar Qaryağdıoğlu adına Musiqi məktəbinin şagirdi İsmayıl Hacıyevin ifasında Bayatı-şiraz səsləndirilib.
Salamlama nitqi ilə çıxış edən Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qalibləri təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.
Daha sonra Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının sədri Arif Rəhimzadə,
Milli Məclisinin deputatı, filologiya elmləri doktoru, professor Nizami Cəfərov və digərləri çıxış ediblər.
Çıxışlardan sonra müsabiqənin nəticələrinə əsasən, böyüklər arasında I yerin qalibi Kürdəmir rayonu M.Əzimov adına Atakişili kənd tam orta məktəbinin tarix müəllimi Səidə Dadaşova, II yerin qalibi Ağcabədi rayonu, “Aran” Qəzetinin redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Məhsəti Ağayeva (Musa), III yerin qalibi Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Anar Babayev, yeniyetmələr arasında I yerin qalibi Ağdam rayon, Dördyol-2 qəsəbə tam orta məktəbinin 7-ci sinif şagirdi Həqiqət Abdullazadə, II yerin qalibi Neftçala rayonu, Rəfail Əliyev adına Yuxarı Qaramanlı kənd tam orta məktəbinin 11-ci sinif şagirdi Nurlan Əbilhəsənov, III yerin qalibi Şuşa rayonu Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Fərəh Həmzəyeva diplom və hədiyyələrlə təltif olunublar.
Qaliblər sevinc hisslərini bölüşərək, müsabiqənin keçirilməsində əməyi keçən hər kəsə təşəkkürlərini bildiriblər. Mövzunun aktuallığını qeyd edərək, bu cür müsabiqələrin keçirilməsinin gənclər arasında maraqla qarşılandığını vurğulayıblar.
Tədbir uşaq və gənclərin ifasında musiqi və şeirlərin səsləndirilməsi ilə davam edib.
Yekunda xatirə fotosu çəkdirilib.
Qeyd edək ki, 1-30 aprel 2022-ci il tarixində gənc yazarlar və jurnalistlər arasında keçirilən “Şuşa bizim milli rəmzimizdir” mövzusuna həsr olunmuş “Ən yaxşı yazı” müsabiqəsinə 192 yazı daxil olmuş və təqdim edilən məqalələrin Münsiflər Heyəti tərəfindən dəyərləndirilməsi nəticəsində qaliblər müəyyən edilmişdir.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər