2022-ci ilin cənab Prezident tərəfindən “Şuşa ili” elan edilməsi Şuşanın həm mədəniyyət beşiyi kimi tanıdılmasına, həm də işğaldan azad edilmiş ərazi kimi orada həyata keçirilən bərpa və quruculuq işlərinin sürətləndirilməsinə böyük təkan verdi.
İşğaldan sonra Şuşada ardıcıl olaraq keçirilən tədbirlərin sırasına nəzər salsaq görərik ki, Şuşa onlarla mötəbər tədbirə ev sahibliyi edib.
Bunların içərisində may ayının 12-də başlayan işğaldan sonra ikinci dəfə Şuşada keçirilən “Xarıbülbül” Beynəlxalq Folklor festivalı xüsusi önəm daşıyır.
Şuşanın rəmzi olan xarıbülbül gülünün adını daşıyan bu festivalının Şuşada keçirilməsinin həm siyasi, həm mənəvi, həm də mədəni əhəmiyyəti vardır. Əvvala, fesivalın burada keçirilməsi Şuşanın tarixi və mədəniyyət mərkəzi kimi oynadığı rolun təbliği, xalqımızın adət-ənənələrini, milli dəyərlərinin beynəlxalq aləmə çatdırılması, həm də 30 ilə yaxın işğal altında qalan ərazinin Erməni tapdağından azad edildikdən sonra necə böyük bir sürətlə dirçəldilməsinin dünya birliyinə nümayiş etdirilməsi baxımından böyük əhəmiyyəti vardır.
Azərbaycan multikultural, tolerant, çoxmillətli, çoxkonfensiyalı bir ölkə olduğuna, burada çoxlu sayda azsaylı xalqlar yaşadığına, onların folklor kollektivlərinin də festivalda iştirak etməsini görən qonaqlar bir daha şahid oldular ki, məhz fərqli millətin, xalqın nümayəndəsi olsalar da Azərbaycanda hamıya bir gözlə baxılır. Deməli, Qarabağın müəyyən ərazilərində məskunlaşmış ermənilər öz ambisiyalarından əl çəksələr, azərbaycan vətəndaşı kimi onlara da eyni münasibət göstəriləcəkdir. Məhz bu birliyin nəticəsidir ki, Azərbaycanda yaşayan bütün xalqlar Vətən müharibəsində yumruq kimi birləşərək Erməni faşizmini məğlub etməyə nail oldular.
Dünyada yeni siyasi proseslərin cərəyan etdiyi, yeni çağırışların səsləndiyi, millətçilik meyllərinin beynəlmiləlçilik ənənələrinin üstələməsi fonunda bu cür birliyin əldə edilməsi təbii ki, Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu xarici siyasətlə paralel düzgün daxili siyasət konsepsiyasının formalaşdırılmasının, milli azlıqlara hörmət və qayğı ilə yanaşılmasının nəticəsidir.
Ötən festivaldan fərqli olaraq bu ilki Xarıbülbül festivalında Azərbaycanda yaşayan xalqlarla bərabər dünyanın müxtəlif ölkələrindən gəlmiş folklor kollektivlərinin iştirakı festivala yeni bir çalar qatmışdır.
Bəli, Azərbaycanın “Mədəniyyət paytaxtı” olan və 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmiş, ömrünün 270-ci baharını yaşayan Şuşada çal-çağırlı tədbirlərin ardıcıl və davamlı keçirilməsi “Şuşa ili” çərçivəsində hələ çoxlu tədbirlərin tamaşaçısı olacağımıza əminlik yaradır.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının əməkdaşı