32.1 C
Aghjabadi
Bazar, İyun 26, 2022

FHN-də biçin mövsümündə yanğın təhlükəsizliyinə dair müşavirələr keçirildi

Fövqəladə Hallar Nazirliyi “Dənli və texniki bitkilərin, eləcə də meşələrin yanğın təhlükəsizliyi” mövzusunda  silsilə seminar-müşavirələr keçirib.

MediaBaku.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın hadisələrinin qarşısının alınması, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə Nazirliyin Muğan və Cənub Regional mərkəzlərində, Salyan, Neftçala, Ağcabədi, Qax və Balakən Rayon İcra hakimiyyətlərində, Cəlilabad rayon Heydər Əliyev Mərkəzində,  Ağdam rayon Mədəniyyət Mərkəzində və Şamaxı şəhər Mədəniyyət evində “Dənli və texniki bitkilərin, eləcə də meşələrin yanğın təhlükəsizliyi” mövzusunda regional seminar-müşavirələr keçirib.

Tədbirlərdə müvafiq regionlarda fəaliyyət göstərən rayon icra hakimiyyətlərinin və bələdiyyələrin, meşə mühafizəsi və bərpası müəssisələrinin, polis  şöbələrinin, “Aqroservis” ASC-nin məsul şəxsləri, fermer təsərrüfatı sahibləri iştirak ediblər.

Seminar-müşavirələrdə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə, eləcə də meşə və meşəətrafı ərazilərdə  yanğın təhlükəsizliyinin təmin edilməsi, həmçinin rayon ərazisində açıq sahələrdə mövcud olan quru ot, kol-kos, məişət tullantılarının vaxtında təmizlənməsi istiqamətində aidiyyəti təşkilatlar qarşısında məsələlər qaldırılıb və yanğın təhlükəsizliyi ilə bağlı qaydalar izah olunub.

Tədbirlərdə mövzu ilə bağlı müzakirələr aparılıb, FHN əməkdaşları tərəfindən zəruri tövsiyələr verilib, suallar cavablandırılıb.

Xəbər lenti

Ağcabədidə Silahlı Qüvvələr Günü qeyd olunub

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 104 illiyi münasibətilə Ağcabədi rayon ərazisində "N" saylı hərbi hissədə tədbir keçirilib. Öncə Ağcabədi rayon icra hakimiyyətinin başçısı...

26 İyun Azərbaycan Silahlı Qüvvələri Günüdür

1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar ata...

“Şuşa ili”nə həsr olunmuş tədbir maraqla qarşılanıb

Ağcabədi Rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü və təşkilatçılığı, "Ələk" ədəbi məclisi, Ağcabədi şəhər Uşaq İncəsənət Məktəbi, Qarabağ Muğam Mərkəzi və Ağcabədi Rayon...

Dövlətçiliyin və Xalqın xilaskarı

Azərbaycanın Xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyev  tarixə öz adnını qızıl həriflərlə yazmış dahi sərkərdə olmuşdur. Heç şübhəsiz ki, Ulu...

“Qəbələ”nin kapitanı: “Valideynlərim futbola getməyimə ancaq bir şərtlə razılaşmışdılar ki…” – MÜSAHİBƏ

Saytımızda bu gündən etibarən "TAM ŞƏXSİ" rubrikasına start veririk. Sözügedən rubrikada tanınmış futbolçularla onların futbol karyerası və ailə həyatına dair müsahibələrə yer...

Təbrik edirik!

            Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 iyun 2022-ci il tarixli Sərəncamı ilə respublikamızda bir qrup dövlət qulluqçusu “Dövlət qulluğunda fərqlənməyə görə”...

23 İyun Dövlət Qulluqçularının peşə bayramıdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamına əsasən hər il İyunun 23-ü dövlət qulluqçularının peşə bayramı günü kimi...

Yerli idarəetmədə yeniliyin ünvanı

Dövlətin istəyi reallaşır, vətəndaş məmnun qalır Ağcabədi ölkənin böyük iqtisadi potensiala, əmək ehtiyatlarına malik rayonlarındandır. Bu diyarın torpağı münbit,...

Aran kəndində səyyar qəbul keçirilib

            Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə icra və idarəetmə orqanlarının rəhbərləri tərəfindən vaxtaşırı yerlərdə səyyar qəbullar keçirilir, vətəndaşların problemlərinin həlli...

Azərbaycan Milli Kitabxanasının direktoru , həmyerlimiz CENL toplantısında çıxış edib

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov Ankarada Prezident Kitabxanasında keçirilən CENL toplantısında çıxış edib. Kitabxanadan bildirilib ki, Avropa Milli...

Şərhlər