32.1 C
Aghjabadi
Bazar, İyun 26, 2022

Ağcabədi Regional Mədəniyyət idarəsi tədbir keçirib

Ağcabədi Regional Mədəniyyət idarəsi Ağdam rayon Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyində 18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə “Muzeylər sərvətimizdir” adlı tədbir keçirilib.

Bölgə müxbiri xəbər verir ki, Döyüş Şöhrəti Muzeyinin, Tarix Diyarşünaslıq Muzeyinin və Mahrızlı kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.

Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyinin direktoru Sahib Məmmədov, muzeyin fond müdiri Gülsarə Əliyeva və Ağdam Rayon Tarix Diyarşünaslıq muzeyinin direktoru Ülvi Qədirov tədbirdə çıxış edərək, 18 May – Beynəlxalq Muzeylər Gününün yaranmasından, muzeylərin əhəmiyyətindən danışıblar.

Ağcabədi Regional Mədəniyyət idarəsi Ağdam rayon üzrə nümayəndə Səyyarə Məmmədova mayın Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyinin 32 il əvvəl mayın 18-də yaradıldığını qeyd edərək, muzeyin kollektivini təbrik edib.

Tədbirdə Qaradağlı və Mahrızlı kənd tam orta məktəblərinin şagirdləri vətənpərvərlik ruhunda və Rahib Məmmədovun xatirəsinə həsr olunmuş şerlər söyləyib, qələbəmizin rəmzi olan Xarı bülbül rəqsini ifa ediblər.

Tədbir iştirakçıları Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyinin eksponatları ilə tanış olub, sonda xatirə şəkli çəkdiriblər.

Xəbər lenti

Ağcabədidə Silahlı Qüvvələr Günü qeyd olunub

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 104 illiyi münasibətilə Ağcabədi rayon ərazisində "N" saylı hərbi hissədə tədbir keçirilib. Öncə Ağcabədi rayon icra hakimiyyətinin başçısı...

26 İyun Azərbaycan Silahlı Qüvvələri Günüdür

1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar ata...

“Şuşa ili”nə həsr olunmuş tədbir maraqla qarşılanıb

Ağcabədi Rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü və təşkilatçılığı, "Ələk" ədəbi məclisi, Ağcabədi şəhər Uşaq İncəsənət Məktəbi, Qarabağ Muğam Mərkəzi və Ağcabədi Rayon...

Dövlətçiliyin və Xalqın xilaskarı

Azərbaycanın Xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyev  tarixə öz adnını qızıl həriflərlə yazmış dahi sərkərdə olmuşdur. Heç şübhəsiz ki, Ulu...

“Qəbələ”nin kapitanı: “Valideynlərim futbola getməyimə ancaq bir şərtlə razılaşmışdılar ki…” – MÜSAHİBƏ

Saytımızda bu gündən etibarən "TAM ŞƏXSİ" rubrikasına start veririk. Sözügedən rubrikada tanınmış futbolçularla onların futbol karyerası və ailə həyatına dair müsahibələrə yer...

Təbrik edirik!

            Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 iyun 2022-ci il tarixli Sərəncamı ilə respublikamızda bir qrup dövlət qulluqçusu “Dövlət qulluğunda fərqlənməyə görə”...

23 İyun Dövlət Qulluqçularının peşə bayramıdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamına əsasən hər il İyunun 23-ü dövlət qulluqçularının peşə bayramı günü kimi...

Yerli idarəetmədə yeniliyin ünvanı

Dövlətin istəyi reallaşır, vətəndaş məmnun qalır Ağcabədi ölkənin böyük iqtisadi potensiala, əmək ehtiyatlarına malik rayonlarındandır. Bu diyarın torpağı münbit,...

Aran kəndində səyyar qəbul keçirilib

            Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə icra və idarəetmə orqanlarının rəhbərləri tərəfindən vaxtaşırı yerlərdə səyyar qəbullar keçirilir, vətəndaşların problemlərinin həlli...

Azərbaycan Milli Kitabxanasının direktoru , həmyerlimiz CENL toplantısında çıxış edib

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov Ankarada Prezident Kitabxanasında keçirilən CENL toplantısında çıxış edib. Kitabxanadan bildirilib ki, Avropa Milli...

Şərhlər