Ağcabədi sakinlərinin təklif, müraciət və mövcud problemlərini yerindəcə öyrənib həllini sürətləndirmək məqsədi ilə Ağcabədi Rayon İcra Hakimiyyətinin baçısı Rafil Hüseynov növbəti səyyar qəbulunu Mehrablı kəndində keçirib.
Qəbulda YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, kənd icra və bələdiyyə sədrləri, kənd ərazisində fəaliyyət göstərən idarə, təşkilat, müəssisə rəhbərləri, torpaq mülkiyyətçiləri, sahibkarlar və kənd sakinləri iştirak edib.
Qəbul zamanı çıxış edən rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov Vətən müharibəsində qəhrəman Ordumuzun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazandığı qələbədən, həmçinin düşmən tapdağından azad edilmiş torpaqlarımızda həyata keçirilən geniş tikinti, abadlıq-quruculuq işlərindən ətraflı danışıb. Yerli təsərrüfatlarda baş verən problem və çətinliklərin aradan qaldırılması, kənd sakinlərinin içməli və təsərrüfat suyuna olan ehtiyacının ödənilməsi istiqamətində rayon rəhbəri öz tövsiyələrini verib.
Görüş iştirakçıları səyyar qəbulda onların arzu və istəkləri ilə yaxından maraqlandıqlarına görə ölkə başçısına və rayon rəhbərliyinə öz təşəkkür və minnətdarlıqlarını bildiriblər.
Adil MİSİRLİ