“Rəqəmsal icra hakimiyyəti”

“Rəqəmsal icra hakimiyyəti” portalı istifadəyə verilib. Portal vətəndaş qəbulu, xidmətlər, elektron iştirakçılıq və məlumatlandırma bölmələri olmaqla 4 istiqamətdə vətəndaşlara xidmət göstərir.

“Vətəndaş qəbulu” bölməsi vasitəsilə bölgədə yaşayan vətəndaşlar yerli icra hakimiyyəti orqanları ilə onlayn və ya yerində görüş təyin edə bilərlər.

“Xidmətlər” bölməsində elektronlaşdırılması mümkün olan xidmətlər təqdim olunub.

“Elektron iştirakçılıq” bölməsində yerli icra hakimiyyəti orqanları həyata keçirilməsi planlaşdırılan layihələr və yeniliklər haqqında vətəndaşların fikir və münasibətlərini öyrənə biləcəklər. Bununla yanaşı burada vətəndaşlar və yerli icra hakimiyyəti orqanları onlayn sorğu yaratmaq və vətəndaş səsvermələrini izləmək imkanı əldə edəcəklər.

“Məlumatlandırma” bölməsi vasitəsilə yerli icra hakimiyyəti orqanları tərəfindən görülən işlər haqqında məlumat əldə etmək mümkündür.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com