“Çempionumuz” layihəsi çərçivəsində növbəti görüş

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyi tərəfindən təsdiq edilmiş birgə əsasnaməyə müvafiq olaraq, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Əkbər Alıyev adına Ağcabədi şəhər 12 saylı tam orta məktəbində “Çempionumuz” sosial idman layihəsi çərçivəsində Karate–do idman növü üzrə Azərbaycan Respublikasının Əməkdar Məşqçisi, 4-cü İslam Həmrəyliyi Oyunlarında Milli Hakim, yetirmələri dəfələrlə dünya və Avropa çempionu, beynəlxalq yarışların qalibi olmuş, Beynəlxalq dərəcəli 2-ci dan qara kəmər sahibi Qənbərov Eldəniz Surxay oğlu ilə məktəblilərin növbəti görüşü keçirilmişdir.
Tədbirdə rayon təhsil şöbəsinin metodisti Baxşeyiş Məmmədov və şəhər 12 saylı tam orta məktəbinin direktoru Yeganə Aslanova çıxış edərək, “Çempionumuz” sosial idman layihəsinin yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin və idmanın təbliğ edilməsi, nailiyyət qazanmış idmançıları cəmiyyətə tanıtmaq, bədən tərbiyəsi və idman sahəsində maarifləndirmə işlərinin genişləndirilməsi, könüllülük prinsipləri ilə bağlı ilkin təsəvvürlərin formalaşdırılmasında xüsusi önəminin olduğunu vurğulamışlar.
Daha sonra Eldəniz Qənbərov həyat və fəaliyyəti, eləcədə idmanda qazandığı uğurlar barədə tədbir iştirakçılarına ətraflı məlumat vermiş, rayonumuzda uşaq, yeniyetmə və gənclərin istər Ağcabədi Olimpiya İdman Kompleksində, istərsə də digər idman arenalarında müxtəlif idman növləri ilə məşğul olmaları üçün lazımi şəraitin yaradıldığını vurğulamışdır. Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb xatirə şəkilləri çəkdirilib.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər