Kümçülərə 877 qutu barama qurdu paylanılıb

         Respublikamızda barama istehsalına yüksək dövlət diqqət və qayğısından ruhlanan rayon kümçüləri 2022-ci təsərrüfat ilində  də bu mühüm kampaniyaya böyük həvəslə qoşulublar.

İpəkqurdu bəsləmək üçün lazımi hazırlıq işləri aparılmış rayonun 41 inzibati ərazi dairəsi üzrə fəaliyyət göstərən kümçülərə mayın 1-dən etibarən 877 qutu barama qurdu paylanılıb. Paylanılan ipəkqurdları Qax Damazlıq İpəkçilik Stansiyasından götürülüb.

Baramaçılar tərəfindən kümxanalarda ipəkqurdunun yüksək aqrotexniki tələblər səviyyəsində saxlanılması və yemlənilməsi üçün işlər davam etdirilir.

Yəhya PAŞAZADƏ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər