Hadisə bu gün səhər Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes” markalı minik avtomobilinin sürücüsü İmişli istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan kənara çıxıb. Hadisə zamanı avtomobildə olan 2 nəfər – Ağcabədi rayon sakinləri 41 yaşlı Rəfael Qəşəm oğlu Məmmədov və 63 yaşlı Nəzakət Ənvər qızı Cəfərova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım maşını ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüblər.