“Fədakarlar bir amalın uğrunda” kitabının təqdimatı keçirilib

Mayın 21-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri,  Azərbaycan Jurnalistlər Birliyinin üzvü Aydın Tağıyevin müəllifi olduğu “Fədakarlar bir amalın uğrunda” kitabının təqdimatı keçirilib. 

Mərasimdə dövlət rəsmiləri, millət vəkilləri, tanınmış incəsənət və ədəbiyyat xadimləri, müəllifin qələm dostları, eləcə də media nümayəndələri iştirak ediblər. Təqdimatı giriş nitqiylə açan jurnalist Afaq Rza tədbirdə iştirak edən qonaqlara Aydın Tağıyevin jurnalistika fəaliyyəti, eləcə də yerli və xarici media orqanlarında yayımlanan məqalələri haqqında məlumat verib. 

Daha sonra söz alan müəllif Aydın Tağıyev tədbir iştirakçılarını salamalayıb və oxucularla ilk görüşü olan kitabı haqqında məlumat verib. Müəllif qeyd edib ki, “Fədakarlar bir amalın uğrunda” kitabı yaxın illərdə media orqanlarında çap olunan məqalələr toplusudur. Məqalələr müxtəlif əlamətdar və tarixi günlərə, o cümlədən ölkəmizin həyatında müstəsna xidmətləri olan şəxsiyyətlər haqqındadır.

Tədbirdə iştirak edən millət vəkili Aydın Mirzəzadə gənc müəllifin fəaliyyətini yüksək qiymətləndirib və Azərbaycan gənclərinin ölkəmizin təbliğatındakı rolunun əhəmiyyətindən danışıb. Alyans rəhbəri kitabın Ukrayna dilinə tərcümə edilərək xarici ölkələrdə satışının da həyata keçiriləcəyini qeyd edib. Milli Məclisin deputatı Müşfiq Məmmədli isə kitabın adının uğurlu seçimini qeyd edib və Vətən müharibəsi dövrünü xatırladaraq Azərbaycan xalqının, həqiqətən də bütün cəbhələrdə fədakarcasına birləşməsini yada salıb. 

Kitabın rəyçilərindən olan siyasi elmlər doktoru, professor, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektor müşaviri Ziyafət Həbibova müəllifə belə bir kitab ərsəyə gətirdiyi üçün təbrik edib.O qeyd edib ki, cənab Prezeident İlham Əliyevin gənclər siyasətinin nəticəsində bu gün Azərbaycan gəncliyi onlara göstərilən etimadı yüksək qiymətləndirir. 

BDU-nun professoru, fəlsəfə doktoru, Qəmər Mürşüdlü kitabın rəyçilərindən biri kimi onun əhəmiyyətindən söz açıb. Eyni zamanda müəllifə yazar kimi fəaliyyətində uğurlar arzu edib. “Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansının sədri Elmar Məmmədov kitabda yer alan və xarici media orqanlarında dərc edilən məqalələrin ölkəmizin təbliğatında yüksək rolundan və vacibliyindən danışıb. Millət vəkili Aqil Abbas gənclərin kitaba olan marağı və kitab ənənələrini yaşatmasını yüksək qiymətləndirib. O, üzərinə düşən məsuliyyəti uğurla yerinə yetirən bütün gənclərə təşəkkürünü bildirib. 

Daha sonra tədbirdə iştirak edən digər qonaqlar söz alaraq müəllifi təbrik edib və yeni kitabının əhəmiyyəti haqqında vurğulayıblar. Sonda müəllif oxucuları üçün kitabları imzalayıb və xatirə şəkilləri çəkilib.

Mənbə 525-ci qəzet

“YouTube”da “Birgə Canlı Yayım” funksiyası olacaq

"TeamYouTube" "Twitter" hesabından paylaşılan tvitə görə, "YouTube" smartfonlarda "Birgə Canlı Yayım" funksiyasını gətirir. Bu xüsusiyyət, adından da göründüyü kimi,...

“SOCAR Türkiyə” zəlzələ bölgəsindəki xilasetmə avtomobillərini pulsuz benzinlə təmin edir

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi olan “SOCAR Türkiyə” şirkəti Hatay, Adıyaman, Qaziantep, Kahramanmaraş və Şanlıurfadakı Hazar yanacaqdoldurma məntəqələrindən bütün təcili...

Laçın-Xankəndi yolu: Aksiya gecə saatlarında da ruh yüksəkliyi ilə davam edir

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü ekofəalların, könüllü...

FHN-in növbəti yardımları və xilasetmə qrupu Türkiyəyə yola salınacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar...

AZAL Türkiyədəki zəlzələ ilə əlaqədar biletlərin cəriməsiz qaytarılmasına başlayıb

Zəlzələ nəticəsində aviaşirkətin xidmətlərindən yararlana bilməyən AZAL-ın Türkiyəyə və geri gələn sərnişinlərinə aviabiletlərin dəyərinin cərimə tətbiq edilmədən tam qaytarılmasına və ya ödənişsiz...

Türkiyədə zəlzələdə ölənlərin sayı 5 434-ə çatıb, 31 777 nəfər yaralanıb – YENİLƏNİB

22:40 Türkiyədə zəlzələdə ölənlərin sayı 5 434-ə çatıb, 31 777 nəfər yaralanıb. “Aran” xəbər verir ki,...

Türkiyədəki zəlzələdə bir Azərbaycan vətəndaşı həlak olub

Türkiyədəki zəlzələdə bir Azərbaycan vətəndaşı - 1980-ci il təvəllüdlü Nailə Bünyatovanın həlak olduğu dəqiqləşib. Bu barədə məlumatı Azərbaycan Xarici...

Azərbaycanın xilasediciləri dağıntılar altından 11 nəfəri sağ çıxarıb

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində bu gün 11...

Konfrans Liqası: “Qarabağ”ın səfər oyununun biletləri satışa çıxarılıb

"Gent" Belçikada "Qarabağ"a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu üçün biletləri satışa çıxarıb. "Aran" klubun rəsmi saytına...

Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu Türkiyənin zəlzələ bölgəsinə humanitar yardım edir

Fevralın 6-da Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti...

Şərhlər