Mayın 23-ü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır. Bu münasibətlə 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ulu öndər Heydər Əliyevin rayonun mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə çiçək dəstələri düzüblər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2007-ci il mayın 16-da imzalanan Sərəncama əsasən hər il may ayının 23-ü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur.