32.1 C
Aghjabadi
Bazar, İyun 26, 2022

Azərbaycan-Litva münasibətləri yüksələn xətlə inkişaf edir

     Tarixin hansı mərhələsində olursa-olsun, dünyanın siyasi xəritəsində meydana çıxan yeni müstəqil dövlət ayaq üstə qalmaq üçün bir-birindən çətin sınaqlarla üz-üzə gəlir. Bəzən bu proses obyektiv və subyektiv səbəblərdən uzun illər davam edir, ictimai-siyasi dəyişikliklərlə  müşayiət olunur. Ölkəmiz də yenidən öz müstəqilliyini bərpa  etdikdən sonra belə bir tale yaşamışdır. Azərbaycanın müstəqilliyini qısqanclıqla qarşılayan xarici qüvvələr ölkəmizə qarşı hər cür təxribatlar törədir, maneələr  yaradırdılar. Bütün bu çətinliklərə baxmayaraq Azərbaycan öz Müstəqilliyini qoruyub saxlaya bildi.

Ötən əsrin səksəninci illərinin sonlarından başlayaraq Ermənilərin Dağlıq Qarabağda başladıqları separatçı hərəkata keçmiş SSRI rəhbərliyi tərəfindən rəvac verilməsi nəticəsində ölkəmizin ağır, məşəqqətli günləri başladı. AXCP- Müsavat cütlüyünün hakimiyyəti dövründə ölkədə xaos və anarxiya baş alıb gedir, iqtisadiyyat tənəzzülə uğrayır, ardıcıl olaraq ərazilərimiz Ermənilər tərəfindən işğal olunurdu. Belə bir ağır vaxtda xalqın tələbi ilə 29 il əvvəl iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilən Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti, cəsarəti nəticəsində xalqımız böyük bəladan, dəhşətli fəlakətdən qurtuldu. Tarixə Milli Qurtuluş günü kimi düşən həmin gündən Azərbaycan addım-addım uğurlara  yaxınlaşdı, inkişafa qədəm qoydu. Həmin dövrlərdə əsas məsələlərdən biri də xarici ölkələrlə dostluq münasibətləri qurmaq, diplomatik əlaqələr yaratmaq idi. Ulu Öndərin yeritdiyi siyasət nəticəsində Azərbaycan Regional, həmçinin bir çox ölkələrlə uğurlu əlaqələr qurmağa nail oldu. Belə ölkələrdən biri də Litva Respublikası idi. Məhz buna görə də Azərbaycanın Müstəqilliyini ilkin tanıyan ölkələr içərisində Litva Pespublikası da olmuşdur.

May ayının 18-də Azərbaycana səfər edən Litva Prezidenti Gitanas Nausedanin səfəri köhnə dostluq əlaqələrinin daha da inkişaf etdirilməsi  nöqteyi nəzərindən böyük önəm daşıyır.

Cənab Prezident İlham Əliyev  Litva Prezidentinin Bakıya rəsmi səfəri çərçivəsində görüş zamanı bir sıra mühüm məsələlərə toxunaraq qeyd etdi ki, ölkələrimiz arasındakı güclü siyasi münasibətləri nəzərə alaraq, uzun illərdir ki, biz artıq strateji tərəfdaşlarıq. Hər iki ölkə üçün  İqtisadiyyat, ticarət, investisiya və digər sahələrdə fəal qarşılıqlı əlaqədə olmaq böyük səmərə verəcək. Birgə hökumətlərarası komissiya ölkələrarası  işgüzar dairələrin səylərini əlaqələndirəcək, eyni zamanda, hər iki ölkədə biznes  qurmaq üçün çoxlu imkanlar yaradacaqdır. Çünki hər iki ölkə arasında münasibətlərin çox yaxşı siyasi təməli var.


          Prezident İlham Əliyev çıxışında qeyd edib ki, həm ikitərəfli, həm də geniş tərkibdə görüşlər zamanı iqtisadi, ticarət, nəqliyyat, kənd təsərrüfatı, təhsil, enerji, idman və başqa sahələrdə əməkdaşlığın müxtəlif aspektləri geniş müzakirə olunub. Azərbaycanda biznes mühiti investorlar üçün əlverişlidir deyən möhtərəm Prezident bildirib ki, ölkəmizdə investisiya proqramlarının həyata keçirildiyi ilkin vaxtlarında əsasən neft-qaz sektoruna sərmayə qoyulurdusa, indi  bərpaolunan enerji və digər sahələrdə də də birbaşa xarici investorlarla da iş qurmuşuq.

Cənab Prezident ikitərəfli görüş zamanı Azərbaycan və Ermənistan arasındakı münaqişəyə də toxunmuşdur.

Azərbaycan Respublikası regionda həmişə sülhün tərəfdarı olmuşdur. Ermənistan tərəfi isə indiyə qədər sülh sazişinin imzalanmasını yubadır və tərəflər arasında sərhədlərin dəqiqləşdirilməsi məsələsində havadarlarına arxalanaraq əməkdaşlıqdan boyun qaçırır. Azərbaycanın təklif etdiyi 5 prinsip BMT Nizamnaməsi,Helsinki Yekun Aktı  və beynəlxalq hüquq normalarına uyğun olsa da, Ermənistan tərəfi üzdə  bunu qəbul etsə də, hələ də reallıqlarla barışmaq fikrində deyil.

Litva Respublikasının Prezidenti Azərbaycanın Cənubi Qafqazda sülhə, təhlükəsizliyə və sabitliyə, iqtisadi əməkdaşlığa töhvə verən bir ölkə kimi dəyərləndirib və qeyd edib ki, biz inanırıq ki,  Azərbaycan tezliklə bu problemi də həll edəcək, bir çox ölkələrlə, o cümlədən Litva ilə əməkdaşlıqda böyük nailiyyətlər əldə edəcəkdir.

YAP Ağcabədi rayon təşkilatının sədri:   Rövşən Əhmədov

Xəbər lenti

Ağcabədidə Silahlı Qüvvələr Günü qeyd olunub

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 104 illiyi münasibətilə Ağcabədi rayon ərazisində "N" saylı hərbi hissədə tədbir keçirilib. Öncə Ağcabədi rayon icra hakimiyyətinin başçısı...

26 İyun Azərbaycan Silahlı Qüvvələri Günüdür

1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar ata...

“Şuşa ili”nə həsr olunmuş tədbir maraqla qarşılanıb

Ağcabədi Rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü və təşkilatçılığı, "Ələk" ədəbi məclisi, Ağcabədi şəhər Uşaq İncəsənət Məktəbi, Qarabağ Muğam Mərkəzi və Ağcabədi Rayon...

Dövlətçiliyin və Xalqın xilaskarı

Azərbaycanın Xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyev  tarixə öz adnını qızıl həriflərlə yazmış dahi sərkərdə olmuşdur. Heç şübhəsiz ki, Ulu...

“Qəbələ”nin kapitanı: “Valideynlərim futbola getməyimə ancaq bir şərtlə razılaşmışdılar ki…” – MÜSAHİBƏ

Saytımızda bu gündən etibarən "TAM ŞƏXSİ" rubrikasına start veririk. Sözügedən rubrikada tanınmış futbolçularla onların futbol karyerası və ailə həyatına dair müsahibələrə yer...

Təbrik edirik!

            Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 iyun 2022-ci il tarixli Sərəncamı ilə respublikamızda bir qrup dövlət qulluqçusu “Dövlət qulluğunda fərqlənməyə görə”...

23 İyun Dövlət Qulluqçularının peşə bayramıdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamına əsasən hər il İyunun 23-ü dövlət qulluqçularının peşə bayramı günü kimi...

Yerli idarəetmədə yeniliyin ünvanı

Dövlətin istəyi reallaşır, vətəndaş məmnun qalır Ağcabədi ölkənin böyük iqtisadi potensiala, əmək ehtiyatlarına malik rayonlarındandır. Bu diyarın torpağı münbit,...

Aran kəndində səyyar qəbul keçirilib

            Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə icra və idarəetmə orqanlarının rəhbərləri tərəfindən vaxtaşırı yerlərdə səyyar qəbullar keçirilir, vətəndaşların problemlərinin həlli...

Azərbaycan Milli Kitabxanasının direktoru , həmyerlimiz CENL toplantısında çıxış edib

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov Ankarada Prezident Kitabxanasında keçirilən CENL toplantısında çıxış edib. Kitabxanadan bildirilib ki, Avropa Milli...

Şərhlər