Şəhidin doğum günü mərasimi

         Kəbirli kəndində Vətən müharibəsi şəhidi Təhmasib Qarayevin doğum günü qeyd olunub.

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, hüquq mühafizə orqanlarının rəhbərləri, kənd sakinləri şəhidin məzarını ziyarət edərək üzərinə tər çiçəklər düzüb, ruhuna dualar oxuyublar.

Qeyd edək ki, bilikli, qoçaq və vətənpərvər olan Təhmasib torpaqlarımızın üstünü qara vbuludlar alanda, qarı düşmənə qarşı gərgin döyüşlər başlanan ilk günlərdən Vətən müharibəsinə qatıldı. O, Murovda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda gedən döyüşlərin fəal iştirakçısı oldu. Düşmən qüvvələrinin məhv edilməsində fərqələnən Təhmasib 23 oktyabr 2020-ci il tarixdə Xankəndi ətrafında gedən qızğın döyüşdə həlak olaraq şəhidlik zirvəsinə ucaldı.

Adil MİSİRLİ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər