32.1 C
Aghjabadi
Bazar, İyun 26, 2022

Şənlik kəndində Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

28 May – Müstəqillik Günü münasibətilə Şənlik kənd tam orta məktəbində tədbir  keçirilib. Tədbirdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsinin  sədri Arzu Niftalıyeva, Qarabağ müharibəsi veteranı, Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov, “Aran” qəzetinin redaktoru Məhsəti Musa, təhsil işçiləri, müharibə iştirakçıları, məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Açıq havada təşkil olunan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirin aparıcısı Əsli Rəhimova Müstəqillik günü ilə bağlı ətraflı məlumat verib. O, həmçinin məktəbin direktoru,  I Qarabağ müharibəsi veteranı Tahir Məmmədovun döyüş yoluna nəzər salıb və qeyd edib ki, bugünkü tədbir həm də qəhrəman müəllimin doğum gününə təsadüf edir. Bu münasibətlə, onun döyüş yoldaşları, yaxın dostları da tədbirə dəvət olunublar.

 Bundan sonra Milli Qəhrəman İbad Hüseynov, Ağcabədi rayon Təhsil Şöbəsinin metodisti Tofiq Zeynalov, şəhər 9 saylı tam orta məktəbinin direktoru Rizvan Qasımov, Birinci Qarabağ müharibəsi veteranları Zakir Məmmədov, Kamran Qurbanov, “Aran” qəzetinin redaktoru Məhsəti Musa və digərləri çıxış edərək Azərbaycan Xalq Cümhuriyyəti dövründə görülən işlərdən ətraflı söz açıb, bu gün ölkəmizdə aparılan uğurlu siyasətdən, 44 günlük müharibədə qazandığımız zəfərdən danışıblar. İstər I, istərsə də II Qarabağ müharibəsində vətən övladlarının göstərdiyi qəhrəmanlıqları xüsusi vurğulayan qonaqlar onlara hər zaman böyük ehtiramla yanaşıldığını diqqətə çatdırıb və müharibə veteranı Tahir Məmmədovu doğum günü münasibətilə təbrik ediblər.

   Daha sonra Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsinin sədri Arzu Niftalıyeva çıxış edərək gənc nəslin təlim-tərbiyəsindəki nailiyyətlərinə və ictimai-siyasi fəaliyyətinə görə bir qrup şəxsin  komitə tərəfindən təltif olunduğunu bildirib. Fəxri fərman və hədiyyələr qonaqlar tərəfindən sahiblərinə təqdim edilib.

   Tədbirdə  şagirdlərin vətənpərvərlik ruhunda söylədiyi şeirlər alqışlarla qarşılanıb.

Xəbər lenti

Ağcabədidə Silahlı Qüvvələr Günü qeyd olunub

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 104 illiyi münasibətilə Ağcabədi rayon ərazisində "N" saylı hərbi hissədə tədbir keçirilib. Öncə Ağcabədi rayon icra hakimiyyətinin başçısı...

26 İyun Azərbaycan Silahlı Qüvvələri Günüdür

1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar ata...

“Şuşa ili”nə həsr olunmuş tədbir maraqla qarşılanıb

Ağcabədi Rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü və təşkilatçılığı, "Ələk" ədəbi məclisi, Ağcabədi şəhər Uşaq İncəsənət Məktəbi, Qarabağ Muğam Mərkəzi və Ağcabədi Rayon...

Dövlətçiliyin və Xalqın xilaskarı

Azərbaycanın Xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyev  tarixə öz adnını qızıl həriflərlə yazmış dahi sərkərdə olmuşdur. Heç şübhəsiz ki, Ulu...

“Qəbələ”nin kapitanı: “Valideynlərim futbola getməyimə ancaq bir şərtlə razılaşmışdılar ki…” – MÜSAHİBƏ

Saytımızda bu gündən etibarən "TAM ŞƏXSİ" rubrikasına start veririk. Sözügedən rubrikada tanınmış futbolçularla onların futbol karyerası və ailə həyatına dair müsahibələrə yer...

Təbrik edirik!

            Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 iyun 2022-ci il tarixli Sərəncamı ilə respublikamızda bir qrup dövlət qulluqçusu “Dövlət qulluğunda fərqlənməyə görə”...

23 İyun Dövlət Qulluqçularının peşə bayramıdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamına əsasən hər il İyunun 23-ü dövlət qulluqçularının peşə bayramı günü kimi...

Yerli idarəetmədə yeniliyin ünvanı

Dövlətin istəyi reallaşır, vətəndaş məmnun qalır Ağcabədi ölkənin böyük iqtisadi potensiala, əmək ehtiyatlarına malik rayonlarındandır. Bu diyarın torpağı münbit,...

Aran kəndində səyyar qəbul keçirilib

            Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə icra və idarəetmə orqanlarının rəhbərləri tərəfindən vaxtaşırı yerlərdə səyyar qəbullar keçirilir, vətəndaşların problemlərinin həlli...

Azərbaycan Milli Kitabxanasının direktoru , həmyerlimiz CENL toplantısında çıxış edib

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov Ankarada Prezident Kitabxanasında keçirilən CENL toplantısında çıxış edib. Kitabxanadan bildirilib ki, Avropa Milli...

Şərhlər