“112” qaynar telefon xəttinə Ağcabədi şəhərində su kanalının yaxınlığında intihara təşəbbüs edən şəxsin xilas olunması üçün müraciət daxil olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Müraciətlə əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.