28 C
Aghjabadi

Ağcabədidə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə tədbir keçirilmişdir.

       Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi nəzdində fəaliyyət göstərən “İnklüziv Təhsil və Uşaq inkişaf Mərkəzi” və Ağcabədi regional “Asan Xidmət” mərkəzinin birgə əməkdaşlığı ilə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə tədbir keçirilmişdir.
      Tədbirdə ARİH əməkdaşı Vüsalə Məmmədova, 2 saylı körpələr evi-uşaq bağçasının direktoru Şəbnəm Mirheydərova, 3 saylı körpələr evi-uşaq bağçasının direktoru Samirə Xudiyeva, 6 saylı körpələr evi-uşaq bağçasının direktoru Jalə Ağamirova, Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşı Afət Zeynalova, “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”ninxidmətindən yararlanan xüsusi qayğıya ehtiyacı olan uşaqlar və şəhid övladları iştirak etmişdir.
      Tədbiri GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı açaraq uşaqları bayram münasibətlə təbrik etmişdirş O vurğulamışdır ki, Azərbaycanda uşaq problemləri hər zaman diqqət mərkəzindədir. Ulu öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxlayırdı. Ölkəmizdə indi də uşaqlara qayğı ildən-ilə artır. Bu, Heydər Əliyev Fondunun da əsas prioritetlərindən biridir. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva nəcib missiyası ilə bütün Azərbaycan uşaqlarının ən böyük dostu və ən böyük himayədarıdır.
     Digər çıxış edən natiqlər də uşaqları bayram münasibətilə təbrik edib, onlara firavan gələcək və şən həyat arzulayıb, ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından, onların hüquqlarının qorunması, sağlam böyümələri, təhsili istiqamətində görülən işlərdən danışıblar.
Tədbir “İnklüziv Təhsil və Uşaq inkişaf Mərkəzi” və 2 və 6 saylı körpələr evi-uşaq bağçasının balaca fidanlarının ifasında təqdim edilən musiqi,rəqs nömrələri tədbir iştirakçılarında xoş ovqat yaratdı.

    Tədbirin sonunda GTM Qarabağ ofisi, Ağcabədi regional “Asan Xidmət” mərkəzi və “Güvən Xeyriyyə və Dostluq” Cəmiyyəti tərəfindən uşaqlara hədiyyələr təqdim edilmişdir.

Xəbər lenti

​​​Xalqımız bütün təhdidlərə sinə gərəcək

  2020-ci ilin sentyabr  ayının 27-də​Ermənistanın təh-riki ilə başlayan və qəhrəman ordumuzun sücaəti nəticəsindəAzərbaycanın qələbəsi ilə başa çatan 2-ci Qarabağ Müharibəsi 30 il işğal altında inləyən torpaqlarımızın azad edilməsi ilə nəticələndi.

Anım günü kitabxanada da qeyd edilib

Sentyabr ayının 26-da Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kollektivi tərəfindən “27 Sentyabr - Anım Günü” ilə bağlı tədbir...

Şəhid ailələri ziyarət olunub

      YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov və aparatın əməkdaşları sentyabrın 27-də Vətən müharibəsinin ilk günündə qəhrəmancasına həlak olmuş Poladlı...

Taekvondo üzrə rayon turniri keçirilmişdir

25 sentyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Rizvan" Taekvondo Klubunun idman zalında "Anım...

İcra Hakimiyyətində yeni komissiya yaradılıb

Sentyabrın 23-də Ağcabədi Rayon İcra Hakimiyyətində şəhid ailəsi üzvləri, əlillik dərəcələri təyin olunmuş Vətən müharibəsi iştirakçıları və “Müharibə...

Şəhid Gülalı Qəhrəmanovun anım mərasimi keçirilib

​Şəhidlik məqamına ucalan hər kəs əbədi olaraq könüllərdə yaşayır, əbədilik qazanır.  ​Vətənimizin sərhədlərini yenidən quran Vətən baniləri öz adlarını tarixə əbədi...

Gücümüz birliyimizdir!

    Səfər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın cari ilin 27 sentyabrda Anım günündə Füzuli rayonuna səfərləri mühüm əhəməiyyət kəsb etdi. Səfəri zamanı çıxışında cənab...

Şəhid Rövşən Allahverdiyevin anım günü qeyd edildi

​Sentyabrın 28-də digər Qaraxanlı kəndində şəhid Rövşən Allahverdiyevin anım mərasimi keçirildi. ​Mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı, hüquq-mühafizə orqanları rəhbərləri, səfərbərlik və hərbi...

Şəhid Mirağa Əliyevin anım günü qeyd olunub

​44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən oğullarından biri də Ağcabədi rayon Xocavənd kəndindən Əliyev Mirağa Musa oğludur. Hərbi Dəniz Donanmasında...

Şəhid Sənan Miriyevin anım günü qeyd edildi

Vətən üçün yaşayanlar unudulmur... Şəhidlər unudulmur... Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi...

Şərhlər