Müstəqillik gününə həsr olunmuş tədbir

Heydər Əliyev Mərkəzində Müstəqillik Gününə həsr olunmuş yığıncaq keçirilib. Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyəti, YAP Ağcabədi rayon təşkilatı, Üzeyir Hacıbəyli adına Uşaq Incəsənət Məktəbi, şəhər 1, 2 və 7 saylı tam orta məktəblərinin nümayəndələri, media mənsubları iştirak ediblər.

Sözügedən Mərkəzin direktor səlahiyyətlərini icra edən Rövşanə Əliyeva tədbiri giriş sözü ilə açaraq bildirib ki, 1918-ci ilin 26 may tarixində Tiflisdə Zaqafqasiya seyminin son iclası keçirilib. Ertəsi gün burada Azərbaycanın müvəqqəti Milli Şurası yaradılıb. 44 nəfərdən ibarət Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə seçilib. 26 deputatın iştirakı ilə “İstiqlal Bəyanaməsi” qəbul edilib. Həmin ilin 28 may tarixində AXC-nin yaradıldığı elan edilib.

Sonra Ağcabədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rahilə Şükürova, YAP Ağcabədi rayon təşkilatının əməkdaşı Nazim Bünyatov, Şirin Hüseynov adına şəhər 2 saylı tam orta məktəbinin müəllimi Fərqanə Hüseynova, Üzeyir Hacıbəyli adına şəhər 7 saylı tam orta məktəbinin müəllimi Nihad Abbasov, Ağcabədi Şəhər Üzeyir Hacıbəyov adına Uşaq İncəsənət Məktəbinin müəllimi Günel Kərimova çıxış edərək, bildiriblər ki, AXC 23 ay fəaliyyət göstərsə də, xalqın azadlıq hərakatında dərin iz qoyub. Azərbaycanın müstəqil dövlətçilik ənənələrini bərqərar edib. Tədbirin bədii hissəsində Ağcabədi Şəhər Üzeyir Hacıbəyli adına Uşaq İncəsənət Məktəbinin şagirdləri Vahid Məmmədlinin səsləndirdiyi şeir və Məcid Məmmədovun saz ifası iştirakçıların xüsusi diqqətini çəkib.

Onu da qeyd edək ki, mayın 23-dən etibarən Ağcabədi rayon Heydər Əliyev Mərkəzində 28 May-Müstəqillik günü ilə əlaqədar Ağcabədi Şəhər Üzeyir Hacıbəyli adına Uşaq İncəsənət Məktəbi, Ağcabədi Rəsm Qalareyası və Mərkəzin keçmiş kurs üzvlərinin əl işləri və rəsm nümunələrindən ibarət “Əbədi Müstəqillik!” adlı sərgi nümayiş olunur. Sərgi 31 may 2022-ci il tarixədək davam etdiriləcək. İstənilən şəxslər sərgi ilə tanış ola bilərlər.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com