Mütəxəssisin tribunası

         İsmayıl Əbil oğlu Şirinov 1955-ci ildə Ağcabədi şəhərində anadan olub. O, orta məktəbi bitirdikdən sonra S.Ağamalıoğlu adına Gəncə Kənd Təsərrüfatı İnstitutunun (indiki Kənd Təsərrüfatı Akademiyasının) meyvə tərəvəzçilik və üzümçülük fakültəsini 1978-ci ildə uğurla başa vurub. Sonra 4 il bioloji labarotoriyasında işləyib. Bacarıqlı mütəxəssis uzun illər Aqrar Sənaye Kombinatında (Keçmiş kənd təsərrüfatı idarəsində) aqronom və baş aqronom vəzifələrində çalışıb. 2000-ci ildən hal-hazıra qədər bitki dərmanları və toxumçuluqla məşğul olur. Şəhərimizdəki Xəlfərəddin küçəsi 154 saylı ünvanda yerləşən bitki dərmanları və toxum mağazasında fəaliyyət göstərir. İsmayıl Şirinov burada alaq otları, ziyanvericilər, xəstəliklər haqqında müştərilərə müntəzəm məlumat verir, keyfiyyətli bitki toxumlarının satışını təşkil edir. 1988-ci ildən əkinçilik institutunun aspirantı olan İ.Şirinov vaxtaşırı dövri mətbuatda da öz professional aqronom yazıları ilə çıxış edir. Oxucularımıza İ.Şirinovun “Soğan nə üçün baş bağlamır” sərlövhəli yazısını təqdim edirik:

Soğan vahid sahədən çox qazanc gətirən, eyni zamanda ağır zəhmət tələb edən, çətin becərilən bitkilər sırasına daxildir. Bəzən, əkinçi alın təri ilə becərdiyi bu bitkinin bəhrəsini görə bilmir. Belə ki, becərmənin sonunda soğanlar xırda (piyas) olur, məhsuldarlıq tamamilə aşağı düşür. Bazarda belə soğanların alıcılıq qabiliyyəti zəif olur və yekunda ümumi becərməyə sərf edilən xərc borcu ödəmir. Sonda fermeri belə bir sual düşündürür: Görən soğan nə üçün baş bağlamır? Əlbəttə, bunun bir yox, bir neçə mühüm səbəbləri var.

Məlumdur ki, yüksək və keyfiyyətli məhsul istehsal etmək üçün lazımi aqrotexniki tədbirlərin vaxtlı-vaxtında həyata keçirilməsi daim diqqət mərkəzində olmalıdır. Soğan səpini üçün birinci növbədə toxum və torpaq seçimi düzgün təşkil olunmalıdır. Növbəli əkin sisteminə düzgün şəkildə riayət olunmalıdır. Növbəli əkin sisteminin düzgün təşkili torpağın münbitliyinin artmasına, bitkilərin xəstəlik və zərərvericilərdən, eləcə də yabanı alaq otlardan qorunmasına, becərmə texnikasının səmərəli işləməsinə, məhsuldarlığın artmasına şərait yaradır.

Odur ki, üzvi və mineral gübrələrdən müntəzəm istifadə edilən, bostan tərəvəz və dənli bitkilər, xüsusilə arpa, buğda, ot və sideralların şum altına çevrildiyi sahələrdə səpin aparılması daha məqsədə uyğundur. Səpin zamanı yüksək keyfiyyətli, tam çeşidlənmiş, cücərmə faizi yüksək olan, qablaşdırılmış sertifikatı olan toxum materiallarından istifadə olunmalıdır.

Soğan əkini üçün torpağın strukturu böyük rol oynayır. Münbit, müəyyən qədər rütubətli və qumsal torpaqlar soğan əkini üçün daha əlverişlidir. Çox rütubətli qurund suları, yer səthinə yaxın olan və çox quru torpaqlar, eləcə də, humus ilə zəngin torpaqlar soğanın inkişafına və normal yetişməsinə mənfi təsir göstərir.

Səpin zamanı diqqətli olmaq lazımdır. Xüsusilə yazlıq toxumu payızda, payızlıq toxumu isə yazda səpmək olmaz. Əks halda soğanın vegetasiya müddəti tam başa çatmadığı üçün soğan baş bağlamayacaq. Toxumlar optimal səpin müddətindən gec səpilərsə, bitki yenə də vegetasiya müddətini tam başa çatdıra bilmədiyi üçün soğan tam baş bağlaya bilməyəcək.

Əgər yerli fermerlərin istehsal etdikləri toxumlardan istehsal edilərsə, bu zaman diqqətli olmaq lazımdır. Çünki bəzən onların istehsal etdikləri toxum keyfiyyətsiz olur. Məlumdur ki, toxum əldə etmək üçün normal baş bağlamış soğanlardan istifadə olunmalıdır. Təəssüflər olsun ki, fermerlər toxum əldə etmək üçün normal baş bağlamamış soğanaqlardan əkində istifadə edirlər. Həmin soğanaqlardan əmələ gəlmiş toxumlardan istifadə etdikdə sahədə soğan normal baş bağlamır. Çünki əkin zamanı keyfiyyətsiz toxumdan istifadə olunmuşdur.

Eyni zamanda soğan bitkisi suya tələbkar bir bitkidir. Onun vegetasiya müddətində suvarılması və münbit torpaqlarda becərilməsi normal baş bağlamasına səbəb olur. Bəzən sahədə suyun çatışmamazlığı ucbatından bitkilər susuz qalır. Bu zaman bitkilərdə susuzluqdan “qocalma” halı baş verir. Sonda bitkilər baş bağlamır və bağlasada çox xırda olur.

Soğan bitkisinin qidalanması düzgün təşkil etdikdə ondan potensial məhsuldarlıq əldə etmək mümkündür. Fiziki çəkidə 400 kq azot, 400-500 kq fosfor, 60 kq kalium gübrəsi verilməsi məsləhətdir. Fosforun 60 %-ni, kalium və azot gübrəsinin 20%-ni səpin qabağı, gübrənin qalan hissəsini isə vegetasiya müddətində 3 dəfəyə əlavə yemləmə şəkilndə vermək məsləhətdir.

Çıxışdan sonra soğan bitkilərində mütləq iki dəfə seyrəltmə aparılmalıdır. Bitkilər arası məsafəni normal saxlanılması soğanın yaxşı böyüməsi və formalaşmasına səbəb olur.

Xəstəlik və zərərvericilərin təsirindən də soğanlar xırda olur. Bunun üçün sahədə müntəzəm olaraq xəstəlik və zərərvericilərə qarşı dərmanlama aparmaq məsləhət görülür.

Əkinçilər göstərilən hər hansı bir aqrotexniki tədbirlərin həyata keçirilməsində çətinlik çəkərsə yaxşı olar ki, mütəxəssislərə, aqronomlara müraciət edib onların məsləhətlərindən faydalansınlar.

Hazırladı: Adil MİSİRLİ

Türkiyədəki zəlzələ ilə bağlı yardım toplama məntəqəsi yaradıldı

Türkiyənin Azərbaycandakı səfirliyi zəlzələdən zərər çəkən insanlara humanitar yardımla bağlı Azərbaycan vətəndaşlarına müraciət edib. “Qafqazinfo” səfirliyə istinadən xəbər verir...

XRİTDX: “Mayda bütün dövlət qurumlarının yeni poçt sisteminə köçürülməsinə başlanacaq”

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun qoşun növləri və hərbi hissələrində yeni tədris dövrü ilə...

Azərbaycan Ordusunun bölmələrinə həyəcan siqnalı verilib, döyüş qabiliyyəti yoxlanılıb

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun qoşun növləri və hərbi hissələrində yeni tədris dövrü ilə...

DYP sürücü və piyadalara çağırış edib

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına çağırış edib. İdarədən "Report"a daxil olan açıqlamada deyilir:

Türkiyə səfirliyi zəlzələdən zərərçəkənlərə yardımla bağlı Azərbaycan vətəndaşlarına müraciət edib

Türkiyənin Azərbaycandakı səfirliyi zəlzələdən zərərçəkənlərə humanitar yardımla bağlı Azərbaycan vətəndaşlarına müraciət edib. Diplomatik nümayəndəlikdən “Report”a bildirilib ki, zərərçəkənlərin əsasən qış...

Prezident yeni səfirlərin etimadnamələrini qəbul etdi – Fotolar

Prezident İlham Əliyev fevralın 7-də Konqonun ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri David Madukanın etimadnaməsini qəbul edib.

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 3 381-ə çatıb, 20 426 nəfər yaralanıb – YENİLƏNİB

10:50 Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 3381 nəfərə yüksəlib. “Aran” Türkiyə KİV-lərinə istinadən bildirir.

Energetika naziri Beyləqanda vətəndaşlarla görüşəcək

Energetika naziri Pərviz Şahbazov fevralın 24-də Beyləqan, Ağcabədi, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək. Nazirlikdən AZƏRTAC-a bildirilib ki,...

Azərbaycan Türkiyəyə tibbi ləvazimat və 34 nəfərlik tibbi heyət olan daha iki təyyarə göndərib – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımlarından...

Quş qripinə qarşı monitorinqlərin nəticələri açıqlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən respublika ərazisini yüksək patogen quş qripi xəstəliyindən qorumaq məqsədilə keçirilmiş epizootoloji monitorinqlərin nəticələri açıqlanıb.

Şərhlər