32.1 C
Aghjabadi
Bazar, İyun 26, 2022

Ağalı kəndi yüksək təfəkkürünün təcəssümüdür

 

         Bəşər cəmiyyəti təşəkkül tapandan insan öz həyati təlabatını ödəmək üçün əvvəllər kortəbii sürətdə, sonralar isə elmə, biliyə sahib olduqca yeni enerji mənbələrindən istifadə etmişlər.

         Təbiətin nemətlərindən necə gəldi istifadə etmək, qarşıya qoyulan məqsədə çatmaq üçün bəşər övladının təbiətə vurduğu ziyan, bunun nəticəsində isə atmosferin və suyun çirklənməsi, ətraf mühitə dəyən zərərin müqabilində təbii fəlakətlərin və kataklizlərin meydana  çıxması insanları bir daha düşünməyə sövq etdi. Beləliklə təbiətin, ətrafın mühitin, ekologiyanın qorunması kimi yeni konsepsiyalar meydana çıxdı.

         Bu konsepsiyaların əsas mahiyyəti təbiətə daha az ziyan vurmaq, atmosferə və su hövzələrin ziyanlı, kimyəvi tullantıların atılmasının azaldılması,  bütün istehsal sahələrində qoruyucu vasitələrdən istifadə edilməsi, ən başlıcası isə  ekoloji cəhətdən ziyansız enerji mənbələrindən istifadə etməkdən ibarət idi. Nəticədə insanlar su, külək, dalğa, günəş, bioloji enerji mənbələrinə üz tutdular. Son illər elmi-texniki tərəqqi inkişaf etdikcə ekoloji cəhətdən təmiz bu enerji növlərindən istifadəyə üstünlük verilməyə başladı.

         Ona görə  dünyanın inkişaf etmiş ölkələrində az enerji ilə daha çox iş görməyə, faydalı iş əmsalı yüksək olan  maşın və mexanizmlərə, təbiətə daha az ziyan vuran texnalogiyalara  üstünlük verilməyə başladı.

         Bu nəzəriyyələr əsasında “Ağıllı şəhər”, “Ağıllı kənd” layihələri meydana çıxdı.

         İndi isə tarixi ekaloji ekskursiyadan reallığa qayıdaq.

         30 il işğalda qalan torpaqlarımızda  ermənilər sözün əsl mənasında ekoloji terror törədiblər.

         Ermənilər işğal edilmiş ərazilərimizdə qeyri -qanuni qızıl, qiymətli metallar, mis, molibden,  filiz və digər faydalı qazıntıları talan etmiş, bu qiymətli xammalların əldə edilməsində bütün ekoloji tələblər kobudcasına pozulmuşdur.

         Qacaran mis-molibden kombinatının kimyəvi tullantıları Oxcu çayı vasitəsilə Araz çayına axıdılmış, Zəngilan rayonunda ərazisinə görə dünyada ikinci olan təbii çinar meşəsi qırılıb daşınmış və yaxud yandırılmışdır. Müdafiə məqsədilə çox yerlərdə torpağın münbit  qatı –homusun strujturu  pozulmuş, minaların basdırılması üçün hər tərəf necə deyərlər dəlik-deşik edilmişdir.

         Bu kimi ekoloji terror aktlarına aid siyahını daha da uzatmaq olar. Lakin mövzumuzun məqsədi bu deyil. Məqsədim Ermənilərin törətdikləri vəhşilik nəticəsində bədənimizdə qövr edən yaralara qoyulan məlhəm barədə söhbət açmaqdır.

         Bu məlhəm elə Zəngilan rayonunun Ağalı kəndində açılışı olan Ağıllı” kəndi oldu.

         Bu kəndin layihələndirilməsində kənd və şəhər salınması arxitekturası,  alternativ,  ekoloji cəhətdən zərərsiz enerji mənbələrindən istifadə edilməsi, az məsrəflə da çox məhsul əldə etmək, təbiətə vurulan zərəri minumuma endirmək, insanın normal həyatı üçün hər şeyin xırda detallara qədər hesablanması göz önündədir. Atalar misalı var: görünən kəndə bələdçi lazım deyil.

         İşğaldan azad edilmiş ərazilərə yeni həyat verilməsi cənab Prezident İlham Əliyev tərəfindən şəxsən nəzarət edilməsi belə bir önəmli layihənin- “Ağıllı” kəndin meydana gəlməsinə səbəb oldu.

         Allah Möhtərəm Prezidentimizi, qəhrəman Azərbaycan xalqını qorusun. Şükürlər olsun ki, 30 il ərzində sinəmizə vurulan yaralar Ağalı kəndi kimi “dərmanlarla” sağalır.

         Vaxt var idi  kimlərsə istirahətə, gəzməyə başqa ölkələrə üz tuturdular. İndi yəqin ki, tezliklə tərsinə olacaq, dünyanın inkişaf etmiş ölkələrindən, elə Avropanın özündən ekoloji cəhətdən təmiz, müasir və ekoturizm mərkəzi kimi Ağalı kəndinin və sayları sürətlə artacaq bu cür  “Ağıllı kənd” lərə üz tutacaqlar.

         Nazim Bünyatov

         YAP Ağcabədi rayon təşkilatının əməkdaşı

                                                                     

Xəbər lenti

Ağcabədidə Silahlı Qüvvələr Günü qeyd olunub

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 104 illiyi münasibətilə Ağcabədi rayon ərazisində "N" saylı hərbi hissədə tədbir keçirilib. Öncə Ağcabədi rayon icra hakimiyyətinin başçısı...

26 İyun Azərbaycan Silahlı Qüvvələri Günüdür

1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar ata...

“Şuşa ili”nə həsr olunmuş tədbir maraqla qarşılanıb

Ağcabədi Rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü və təşkilatçılığı, "Ələk" ədəbi məclisi, Ağcabədi şəhər Uşaq İncəsənət Məktəbi, Qarabağ Muğam Mərkəzi və Ağcabədi Rayon...

Dövlətçiliyin və Xalqın xilaskarı

Azərbaycanın Xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyev  tarixə öz adnını qızıl həriflərlə yazmış dahi sərkərdə olmuşdur. Heç şübhəsiz ki, Ulu...

“Qəbələ”nin kapitanı: “Valideynlərim futbola getməyimə ancaq bir şərtlə razılaşmışdılar ki…” – MÜSAHİBƏ

Saytımızda bu gündən etibarən "TAM ŞƏXSİ" rubrikasına start veririk. Sözügedən rubrikada tanınmış futbolçularla onların futbol karyerası və ailə həyatına dair müsahibələrə yer...

Təbrik edirik!

            Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 iyun 2022-ci il tarixli Sərəncamı ilə respublikamızda bir qrup dövlət qulluqçusu “Dövlət qulluğunda fərqlənməyə görə”...

23 İyun Dövlət Qulluqçularının peşə bayramıdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamına əsasən hər il İyunun 23-ü dövlət qulluqçularının peşə bayramı günü kimi...

Yerli idarəetmədə yeniliyin ünvanı

Dövlətin istəyi reallaşır, vətəndaş məmnun qalır Ağcabədi ölkənin böyük iqtisadi potensiala, əmək ehtiyatlarına malik rayonlarındandır. Bu diyarın torpağı münbit,...

Aran kəndində səyyar qəbul keçirilib

            Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə icra və idarəetmə orqanlarının rəhbərləri tərəfindən vaxtaşırı yerlərdə səyyar qəbullar keçirilir, vətəndaşların problemlərinin həlli...

Azərbaycan Milli Kitabxanasının direktoru , həmyerlimiz CENL toplantısında çıxış edib

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov Ankarada Prezident Kitabxanasında keçirilən CENL toplantısında çıxış edib. Kitabxanadan bildirilib ki, Avropa Milli...

Şərhlər