Balacaların sevinci

324

Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar şəhid ailələrinin övladları və fiziki məhdudiyyətli uşaqlar üçün bayram tədbiri keçirilib. Gənclər Mərkəzində təşkil olunan tədbirdə iştirak edən rayon rəhbəri Rafil Hüseynov uşaqları bayram münasibəti ilə təbrik edib, onlara xoş arzularını çatdırıb. R. Hüseynov qeyd edib ki, uşaqlar dövlətin hər tərəfli qayğısı ilə əhatə olunub və onların hüquqlarının qorunması əsas vəzifələrdəndir.

Sonra tədbir Heydər Əliyev adına mədəniyyət və istirahət parkında davam etdirilib. Ağcabədi Regional Mədəniyyət İdarəsinin Ü. Hacıbəyli adına Uşaq İncəsənət Məktəbi və 8 saylı körpələr evi-uşaq bağçasının balaca fidanlarının əyləncəli musiqi proqramları ilə çıxışı uşaqlar tərəfindən maraqla qarşılanıb.  

Görüşün  sonunda şəhid övladlarına hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib.