“Aran-90” adlı sərgi

 “Aran” qəzetinin 90 illik yubileyi ilə əlaqədar olaraq silsilə tədbirlərin keçirilməsinə başlanılıb. Mayın 31-də H. Əliyev meydanında sərgi təşkil olunub. “Aran-90” başlığı altında keçirilən sərgidə rayon icra hakimiyyətinin, gənclər və idman idarəsinin, GTM Qarabağ regional ofisinin nümayəndələri, rayonun ümumtəhsil məktəblərinin müəllim və şagirdləri iştirak ediblər.  

Sərgi ilə yaxından tanış olan iştirakçılara  qəzetin müxtəlif dövrlərdə nəşr olunan nüsxələri, xüsusi buraxılışlar, Ağcabədi yazarlarının, eləcə də hazırda redaksiyada çalışan əməkdaşların yaradıcılığından bəhs edən kitablar haqqında məlumat verilib.

Şəhər 2 saylı və 5 saylı körpələr evi-uşaq bağçalarının fidanlarının rəqsləri  iştirakçılar tərəfindən maraqla qarşılanıb.  

Qeyd edək ki, növbəti sərginin rayon mərkəzi kitabxanası ilə birgə keçirilməsi nəzərdə tutulub.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər