Ağ göldə “Açıq qapı”

                                                       

         Ağ göl Milli Parkında  5 İyun Ümumdünya Ətraf Mühitin Mühafizəsi günü münasibətilə “Açıq qapı” günü elan edilib.

        Açıq qapı günündən yararlanan sakinlərin   gün ərzində  ödənişsiz olaraq Ağ gölə səyahətləri davam edib. Onlara  göl və onun ətrafında məskunlaşmış  quşlar , heyvanlar haqqında geniş məlumat verilib. Milli parkım direktoru bizimlə söhbət zamanı bildirdi ki, əvvəllər təbiətə insanların münasibəti bir başqa idi.Amma indi özünüz də gördüyünüz kimi, artıq maraq böyükdür, gəlirlər,təbiəti seyr edirlər. Milli Parkda  tuiristlərin qarşılanması,onlara xidmət göstərilməsi üçün  imkanlar var.

        Qeyd edək ki, 5 İyun tarixinin Ümumdünya Ətraf Mühitin Mühafizəsi günü kimi qeyd olunması 16 dekabr 1972-ci ildə Birəşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 27-ci sessiyasında elan edilib. Həmçinin Baş Assambleyanın bu sessiyasında BMT sistemində yeni təşkilat – BMT Ətraf Mühit Proqramı (UNEP) yaradılıb. Hər il bu təşkilat tərəfindən Ümumdünya Ətraf Mühit Günü keçirilir.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər