28 C
Aghjabadi

Ağcabədidə 10 ədəd subartezian quyusu qazılır

Ağcabədi rayonunda bu il 10 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulub.

Qeyd edilib ki, Ağcabədi Suvarma Sistemləri İdarəsi rayon ərazisində ümumilikdə 63 000 ha əkin sahəsinə xidmət edir: “Hər il olduğu kimi bu il də idarə tərəfindən meliorativ tədbirlər uğurla davam etdirilir: “Cari ildə 12 000 hektardan artıq pambıq sahəsində, 19 000 hektardan çox taxıl sahəsində və 6 322 ha digər kənd təsərrüfat bitkiləri əkilən sahədə və 25 630 ha yonca sahəsində suvarma işləri aparılıb”.

ASC-dən bildirilib ki, İdarənin balansında olan nasoslarla 13 000 ha, öz axımı ilə 23 290 ha, 26 710 ha əkin sahəsi isə artezianlarla suvarılıb.

“Ağcabədi rayonunda bu il 10 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulub ki, artıq bu işlərin də böyük bir hissəsi arxada qalıb. Bununla da əhalinin suvarma və içməli suya olan tələbatı ödənilib. Ağcabədi Suvarma Sistemləri İdarəsinin əsas fəaliyyəti idarənin balansında olan 2 261 km suvarma kanalı, 2 549 km kollektor drenaj şəbəkəsi, 4 445 ədəd hidrotexniki qurğu, 53 ədəd elektrik nasos stansiyası, 1 026 ədəd subartezian quyusu, 8 ədəd SNP markalı səyyar nasoslar, 2 ədəd üzən nasosların istismarı və təmirini təmin etməkdən ibarətdir.

Bundan başqa idarənin balansında olan nasos stansiyalarında da cari təmir işləri aparılıb. Belə ki, Salmanbəyli-9 nasos stansiyasında bir ədəd elektrik mühərriki və Xocavənd-1 nasos stansiyasında bir ədəd elektrik mühərriki təmir olunub. Qeyd edək ki, bu ilin əvvəlindən Ağcabədi Suvarma Sistemləri İdarəsi tərəfindən 470 min m3 suvarma kanalı və 401 min m3 kollektor drenaj şəbəkələri lildən təmizlənib. 103 ədəd subartezian quyuları cari təmir olunub. Görülən işlər nəticəsində su itkisinin qarşısı alınıb, torpaqların münbitliyi artıb”, – məlumatda deyilir .

Xəbər lenti

​​​Xalqımız bütün təhdidlərə sinə gərəcək

  2020-ci ilin sentyabr  ayının 27-də​Ermənistanın təh-riki ilə başlayan və qəhrəman ordumuzun sücaəti nəticəsindəAzərbaycanın qələbəsi ilə başa çatan 2-ci Qarabağ Müharibəsi 30 il işğal altında inləyən torpaqlarımızın azad edilməsi ilə nəticələndi.

Anım günü kitabxanada da qeyd edilib

Sentyabr ayının 26-da Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kollektivi tərəfindən “27 Sentyabr - Anım Günü” ilə bağlı tədbir...

Şəhid ailələri ziyarət olunub

      YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov və aparatın əməkdaşları sentyabrın 27-də Vətən müharibəsinin ilk günündə qəhrəmancasına həlak olmuş Poladlı...

Taekvondo üzrə rayon turniri keçirilmişdir

25 sentyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Rizvan" Taekvondo Klubunun idman zalında "Anım...

İcra Hakimiyyətində yeni komissiya yaradılıb

Sentyabrın 23-də Ağcabədi Rayon İcra Hakimiyyətində şəhid ailəsi üzvləri, əlillik dərəcələri təyin olunmuş Vətən müharibəsi iştirakçıları və “Müharibə...

Şəhid Gülalı Qəhrəmanovun anım mərasimi keçirilib

​Şəhidlik məqamına ucalan hər kəs əbədi olaraq könüllərdə yaşayır, əbədilik qazanır.  ​Vətənimizin sərhədlərini yenidən quran Vətən baniləri öz adlarını tarixə əbədi...

Gücümüz birliyimizdir!

    Səfər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın cari ilin 27 sentyabrda Anım günündə Füzuli rayonuna səfərləri mühüm əhəməiyyət kəsb etdi. Səfəri zamanı çıxışında cənab...

Şəhid Rövşən Allahverdiyevin anım günü qeyd edildi

​Sentyabrın 28-də digər Qaraxanlı kəndində şəhid Rövşən Allahverdiyevin anım mərasimi keçirildi. ​Mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı, hüquq-mühafizə orqanları rəhbərləri, səfərbərlik və hərbi...

Şəhid Mirağa Əliyevin anım günü qeyd olunub

​44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən oğullarından biri də Ağcabədi rayon Xocavənd kəndindən Əliyev Mirağa Musa oğludur. Hərbi Dəniz Donanmasında...

Şəhid Sənan Miriyevin anım günü qeyd edildi

Vətən üçün yaşayanlar unudulmur... Şəhidlər unudulmur... Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi...

Şərhlər