28 C
Aghjabadi

Bütün layihələr ölkənin iqtisadi potensialını gücləndirir

İyunun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxış edib.
Ölkə rəhbəri çıxış zamanı qeyd edib ki, Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyi üçün vacib sərmayə yatırıb. Odur ki, respublikamız daxili bazarda tələbatları tam təmin edib və sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa başlayıb. Xəzər Neft və Qaz Sərgisi təşkilatçılarının rolu həqiqətən çox vacib idi ki, diqqəti və sərmayələri cəlb etmək mümkün olsun. Bu konfransın keçirildiyi ilk ildən etibarən Azərbaycan özünün dünyaya açıq olduğunu elan edib.
Prezident İlham Əliyev bildirib ki, ötən əsrin sonunda Azərbaycandan Gürcüstanın Qara dənizdəki Supsa limanına gedən birinci neft boru kəmərinin açılışı baş tutub. Bunun sayəsində Azərbaycan ixraca başlaya bildi və bir çox ölkələrin tələbatlarını təmin etdi. Eyni zamanda, ölkəmiz tərəfdaşlarla birgə qaz yataqlarının, xüsusən də, dünyada ən iri qaz yataqlarından biri sayılan “Şahdəniz” yatağının kəşfiyyatına başladı. 2006-cı ildə Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisi başa çatdı. Bakı–Tbilisi–Ceyhan və Azərbaycanın bütün digər enerjinin nəql olunması infrastrukturu hər hansı fasilə olmadan istismar edilir. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri istismara verildi, Azərbaycan qazı, ilk dəfə olaraq, Türkiyənin və Gürcüstanın regional bazarlarına nəql olundu.
Avropa qitəsində təbii sərvətlərimizlə bağlı fəaliyyətimizin genişləndirilməsi həm bizim, həm tərəfdaşlarımız üçün zəruridir. Cənub Qaz Dəhlizi fərəhlənə biləcəyimiz layihədir. Layihə “Şahdəniz” qaz-kondensat yatağında hasilatı artırmağa imkan yaradır. Cəmi bir il beş aydır ki, Azərbaycan həmin tamamilə yeni müasir infrastrukturdan öz qaz ehtiyatlarının nəqlində istifadə edir. Ötən il Azərbaycan 22 milyard kubmetr təbii qaz ixrac etmişdir. Cari ildə bu rəqəmin 24 milyard kubmetr olacağı gözlənilir.
Cənub Qaz Dəhlizinin icrası zaman Azərbaycan boru kəməri ərazisindən keçən ölkələrlə, eləcə də beynəlxalq maliyyə təsisatları, enerji şirkətləri, aparıcı ölkələrin hökumətləri və Avropa Komissiyası ilə çox sıx əməkdaşlıq əlaqələri qurub. Cənub Qaz Dəhlizin Məşvərət Şurasının hər ilin fevralında Bakıda keçirilən illik toplantısı həmin komanda işinin bariz nümunəsidir. Bu il fevralın 4-də Cənub Qaz Dəhlizi Məşvərət Şurasının illik toplantısı keçirildiyi zaman bəlli oldu ki, planlarımızın ən böyük hissəsi artıq icra olunub və Cənub Qaz Dəhlizi artıq işləyir.
Xüsusi olaraq vurğulanıb ki, Azərbaycan qazına olan tələbat sürətlə artır. Potensial istehlakçılar anlamalıdırlar ki, bir il ərzində qazı böyük həcmdə hasil etmək mümkün deyil. Bunun üçün bizə müqavilələr lazımdır. Biz danışıqlara başlamalı və onları sürətləndirməliyik. Biz ənənəvi tərəfdaşlar və sərmayədarla, eləcə də enerji şirkətləri ilə çalışmalıyıq ki, hasilat artsın. Həmçinin biz mövcud qurğuları genişləndirməliyik.
Birləşmiş Ştatlar və Birləşmiş Krallıq Azərbaycanın enerji siyasətini hər zaman dəstəkləyib. Böyük dəstək nəticəsində effektiv nailiyyətlər əldə olunub. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiyanın İnfrastruktur və İnvestisiya Bankı Cənub Qaz Dəhlizinin maliyyələşməsində iştirak ediblər.
Eyni zamanda Azərbaycan və Avropa Komissiyası arasında məhsuldar əməkdaşlıq əlaqələri mövcuddur. Komissiya “Cənub Qaz Dəhlizi” layihəsinin icrasında vacib rol oynayıb və gələcək planlarımızın reallaşdırılmasında da mühüm rol oynayacaq. Bununla yanaşı, elektrik enerjisi, bərpaolunan enerji, hidrogen və enerjinin səmərəliyi məsələləri də gündəmdədir.

Azərbaycan Respublikası diqqətə çatdırıb ki, hasilatın pay bölgüsünə dair 1994-cü ildə xarici şirkətlərlə imzalanmış ilk sazişdən bu günə qədər müqavilələrdə bir söz belə dəyişdirilməyib. Azərbaycan öz öhdəliklərinə hörmət edir və tərəfdaşlarından öz öhdəliklərinə hörmət etməyi gözləyir.
Bu gün ölkəmiz dünyanın aparıcı enerji şirkətləri olan “ACWA Power” və “Masdar” şirkətləri ilə əməkdaşlıq edir. Biri günəş, digəri isə külək olmaqla, iki elektrik stansiyası inşa olunur ki, onların birgə istehsal gücü 470 meqavatdır. Gələn il bu iki stansiya istifadəyə veriləcəkdir və bu, yalnız başlanğıcdır.
Dövlət başçısı çıxışında işğaldan azad olunmuş ərazilərdə görüləcək işlərə də toxunub. Qeyd edib ki, İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərin, xüsusilə də Kəlbəcər və Laçının potensialı 9-10 min meqavat təşkil edir. Burada ilk növbədə külək və günəş enerjisi nəzərdə tutulur.
Bu gün artıq Azərbaycan digər ölkələr üçün vacib tranzit imkanlarını təqdim edir. Prezident çıxışında əlavə edib ki, bu potensialdan da maksimum dərəcədə istifadə oluna bilər. Təəssüf ki, bu günədək bu potensialdan tam istifadə edilməyib. Azərbaycanın mühüm tranzit ölkəsi qismində potensialı təchizatçılar tərəfindən düzgün qiymətləndirilməmişdir.
Ölkəmizdə şaxələndirilmiş ixrac marşrutları var. Dəniz limanı, bütün istiqamətlərlə bizi birləşdirən dəmir yolu, avtomobil yolları və hava limanları mövcuddur. Azad olunmuş ərazilərdə üç yeni hava limanı olacaq. Onlardan biri artıq istifadə verilib. Azərbaycan 9 beynəlxalq hava limanına sahib olacaq.
Çıxışın sonunda göstərilib ki, hazırda SOCAR və BP mühüm strateji tərəfdaşdırlar. Azərbaycan üçün neft və qaz sahəsində BP strateji tərəfdaş və aparıcı investordur. Hazırda SOCAR və BP azad olunmuş Cəbrayıl rayonunda 200 meqavatdan artıq gücə malik elektrik enerjisi stansiyasının inşasını müzakirə edir. Enerji layihələri daxili inkişafımız üçün də çox əhəmiyyətlidir. Enerji amili, enerji diplomatiyası və bütün layihələr ölkəmizin iqtisadi potensialını gücləndirir. Neft-qaz sektorundan əldə edilən gəlirlər iqtisadiyyatımızın qeyri-neft sektoruna yönəldilir. Bu il ümumi daxili məhsul 7.2 faiz artıb. Qeyri-neft sektorunda artım 11.5 faiz, qeyri-neft sənayesində artım 15 faizdən artıq olub.
Xarici borcumuzun aşağı səviyyədə olması – ümumi daxili məhsulun yalnız 12.5 faizini təşkil etməsi münbit iqtisadi şərait yaradır.

Xəbər lenti

​​​Xalqımız bütün təhdidlərə sinə gərəcək

  2020-ci ilin sentyabr  ayının 27-də​Ermənistanın təh-riki ilə başlayan və qəhrəman ordumuzun sücaəti nəticəsindəAzərbaycanın qələbəsi ilə başa çatan 2-ci Qarabağ Müharibəsi 30 il işğal altında inləyən torpaqlarımızın azad edilməsi ilə nəticələndi.

Anım günü kitabxanada da qeyd edilib

Sentyabr ayının 26-da Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kollektivi tərəfindən “27 Sentyabr - Anım Günü” ilə bağlı tədbir...

Şəhid ailələri ziyarət olunub

      YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov və aparatın əməkdaşları sentyabrın 27-də Vətən müharibəsinin ilk günündə qəhrəmancasına həlak olmuş Poladlı...

Taekvondo üzrə rayon turniri keçirilmişdir

25 sentyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Rizvan" Taekvondo Klubunun idman zalında "Anım...

İcra Hakimiyyətində yeni komissiya yaradılıb

Sentyabrın 23-də Ağcabədi Rayon İcra Hakimiyyətində şəhid ailəsi üzvləri, əlillik dərəcələri təyin olunmuş Vətən müharibəsi iştirakçıları və “Müharibə...

Şəhid Gülalı Qəhrəmanovun anım mərasimi keçirilib

​Şəhidlik məqamına ucalan hər kəs əbədi olaraq könüllərdə yaşayır, əbədilik qazanır.  ​Vətənimizin sərhədlərini yenidən quran Vətən baniləri öz adlarını tarixə əbədi...

Gücümüz birliyimizdir!

    Səfər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın cari ilin 27 sentyabrda Anım günündə Füzuli rayonuna səfərləri mühüm əhəməiyyət kəsb etdi. Səfəri zamanı çıxışında cənab...

Şəhid Rövşən Allahverdiyevin anım günü qeyd edildi

​Sentyabrın 28-də digər Qaraxanlı kəndində şəhid Rövşən Allahverdiyevin anım mərasimi keçirildi. ​Mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı, hüquq-mühafizə orqanları rəhbərləri, səfərbərlik və hərbi...

Şəhid Mirağa Əliyevin anım günü qeyd olunub

​44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən oğullarından biri də Ağcabədi rayon Xocavənd kəndindən Əliyev Mirağa Musa oğludur. Hərbi Dəniz Donanmasında...

Şəhid Sənan Miriyevin anım günü qeyd edildi

Vətən üçün yaşayanlar unudulmur... Şəhidlər unudulmur... Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi...

Şərhlər