Mini-futbol üzrə rayon birinciliyi uğurla başa çatıb

         Bu günlərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi, AFFA və “Coca-Cola”şirkətinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu  ildönümünə həsr rolunmuş rayon məktəbləri arasında mini-futbol üzrə turnir keçirilib. Yarışlara rayonda fəaliyyət göstərən bütün ümumtəhsil məktəblərinin 5-7-ci sinif şagirdlərindən ibarət futbol komandaları qatılıb.

M.Aranlı adına Ağcabədi şəhər tam orta məktəbinin direktoru Lətafət Əlizadənin dediklərinə görə, sözügedən turnirdə məktəbin 5-7-ci sinif şagirdlərindən təşkil olunmuş yığma futbol komandası da fəal iştirak edib. Komandanı yarışlara məktəbin fiziki tərbiyə müəllimləri Elnur İbrahimov və Bəxtiyar Əliyev hazırlayıblar. Onların çəkdiyi zəhmət öz bəhrəsini verib. 11 saylı məktəbin komandası birinci nəticə göstərərək, zona yarışlarına vəsiqə qazanıb. Yarışlarda komandanın istedadlı oyunçuları – Eldin Əhmədov, Elay Məmmədli, İsmayıl Əliyev, Ramil Bəşirov və Elvin Abdullayev daha çox fərqəniblər.

Qalib komandaya Azərbaycan Respublikası Təhsil Nazirliyi, AFFA  və “Coca-Cola” şirkətinin təsis etdikləri xüsusi mükafat təqdim olunub.

Direktor əlavə edib ki, komandanın üzvləri hazırda yaxın günlərdə keçiriləcək zona yarışlarında iştirak etmək üçün ciddi məşqlər keçirir. Onlara gələcək yarışlarda yeni-yeni uğurlar arzulayırıq.

Adil MİSİRLİ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər