32.1 C
Aghjabadi
Bazar, İyun 26, 2022

Müstəqillik günü daha bir möhtəşəm tədbirlə yaddaşlarda qaldı

           

         Bayramlar ayı olan may ayıında bayram ab-havasına daha bir xoş ovqat da qatıldı.

         28 may Dövlət Müstəqilliyi günü ölkəmizin hər yerində- həm bölgələrdə, həm də paytaxtda silsilə tədbirlərlə qeyd edildi.

         May ayının 27-də Zəngilan rayonun Ağalı kəndində “Ağıllı kənd”in  açılışındakı yaşadığımız heyrətamiz təəssüratın ardınca xalqımız daha bir möhtəşəm sevinc hissi yaşadı.

         Mayın 28-də Azər5baycan Respublikasının Prezidenti  cənab İlham Əliyev və  Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakıda ilk dəfə  keçirilən “TEXNOFEST” Azərbaycan Aerokosmik və texnologiya festivalı həm mükəmməl hazırlıq işlərinə görə, həm də texnoloji yenilikləri özündə təcəssüm etdirməsi baxımdan iki gardaş ölkə birliyinin yeni nümayişi oldu.

         Azərbaycan Respublikasının Prezidenti cənab İlham çıxışında qeyd etdi ki, yüz dörd il əvvəl müsəlman aləmində Azərbaycan Xalqı ilk Xalq Cümhuriyyətini qurmuşdur.Əfsuslar olsuyn ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, iki ildən sonra süqut etdi və Azərbaycan öz Müstəqilliyini itirdi. Yalnız 1990-cı illərin əvvələlində Azərbaycanın Dövlət Müstəqilliyi bərpa edildi və 30 ildir Azərbaycan xalqı azad yaşayır, müstəqillik şəraitində yaşayır, öz həyatını özü qurur və müstəqillik yolu ilə inamla gedir. 30 il ərzində türk qardaşlarımız daim bizim yanımızda olublar. Biz 30 il ərzində bu dəstəyi, bu qardaşlıq dəstəyini hər zaman hiss etmişik, bu gün də hiss edirik və bu gün Türkiyə-Azərbaycan yenə də bir yerdədir.

         Bu baxımdan Bakıda keçirilən “TEXNOFEST Azərbaycan” festivalı Türkiyə və Azərbaycanın elm, təhsil və texnologiya sahəsindəki qarşılıqlı əməkdaşlığın zirvəsi hesab edilə bilər. Bu fikir Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən səsləndirildi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Müstəqillik Günümüzü səmimi-qəlbdən təbrik etməsi, İstiqlal və gələcək yolunda apardığımız şanlı mübarizələri şəhidlikləri ilə taclandıran qəhrəmanlarımızı rəhmət və hörmətlə yad etməsi bir daha sübut etdi ki, biz bir millət iki dövlətik.

Xəbər lenti

Ağcabədidə Silahlı Qüvvələr Günü qeyd olunub

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 104 illiyi münasibətilə Ağcabədi rayon ərazisində "N" saylı hərbi hissədə tədbir keçirilib. Öncə Ağcabədi rayon icra hakimiyyətinin başçısı...

26 İyun Azərbaycan Silahlı Qüvvələri Günüdür

1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar ata...

“Şuşa ili”nə həsr olunmuş tədbir maraqla qarşılanıb

Ağcabədi Rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü və təşkilatçılığı, "Ələk" ədəbi məclisi, Ağcabədi şəhər Uşaq İncəsənət Məktəbi, Qarabağ Muğam Mərkəzi və Ağcabədi Rayon...

Dövlətçiliyin və Xalqın xilaskarı

Azərbaycanın Xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyev  tarixə öz adnını qızıl həriflərlə yazmış dahi sərkərdə olmuşdur. Heç şübhəsiz ki, Ulu...

“Qəbələ”nin kapitanı: “Valideynlərim futbola getməyimə ancaq bir şərtlə razılaşmışdılar ki…” – MÜSAHİBƏ

Saytımızda bu gündən etibarən "TAM ŞƏXSİ" rubrikasına start veririk. Sözügedən rubrikada tanınmış futbolçularla onların futbol karyerası və ailə həyatına dair müsahibələrə yer...

Təbrik edirik!

            Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 iyun 2022-ci il tarixli Sərəncamı ilə respublikamızda bir qrup dövlət qulluqçusu “Dövlət qulluğunda fərqlənməyə görə”...

23 İyun Dövlət Qulluqçularının peşə bayramıdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamına əsasən hər il İyunun 23-ü dövlət qulluqçularının peşə bayramı günü kimi...

Yerli idarəetmədə yeniliyin ünvanı

Dövlətin istəyi reallaşır, vətəndaş məmnun qalır Ağcabədi ölkənin böyük iqtisadi potensiala, əmək ehtiyatlarına malik rayonlarındandır. Bu diyarın torpağı münbit,...

Aran kəndində səyyar qəbul keçirilib

            Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə icra və idarəetmə orqanlarının rəhbərləri tərəfindən vaxtaşırı yerlərdə səyyar qəbullar keçirilir, vətəndaşların problemlərinin həlli...

Azərbaycan Milli Kitabxanasının direktoru , həmyerlimiz CENL toplantısında çıxış edib

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov Ankarada Prezident Kitabxanasında keçirilən CENL toplantısında çıxış edib. Kitabxanadan bildirilib ki, Avropa Milli...

Şərhlər