İyunun 8-də 15 iyun Milli Qurtuluş Günü ilə əlaqədar Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Qurtuluş salnaməsi” adlı tədbir keçirilib.
Tədbir Ağcabədi rayon İcra Hakimiyyətinin, M.Aranlı adına 11 saylı tam orta məktəbi, Ağcabədi Pedoqoji Kollecinin, Ağcabədi Asan Xidmət Mərkəzi, Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ Regional Ofisinin, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Aran qəzetinin nümayəndələri iştirakı ediblər.
Əvvəlcə Ulu öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunub. Tədbiri giriş sözü ilə açan Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktor səlahiyyətlərini icra edən Rövşanə Əliyeva çıxış edərək bildirib ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə tarixi anlar vardır ki, onun gələcək həyatını müəyyən edir. Belə tarixi məqamlardan ən önəmlisi 15 İyun – Milli Qurtuluş Günüdür. Bu gün Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan dahi Heydər Əliyevdir.
Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyətinin əməkdaşları Rahilə Şükürova, Əli Əhmədov, Ağcabədi Asan Xidmət Mərkəzinin könüllülər üzrə məsul şəxsi Pərviz Səmədov, Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ Regional Ofisinin könüllüsü Məryəm Məmmədova çıxış edərək bildiriblər ki, ulu öndər Heydər Əliyev Azərbaycanı qüdrətli, nüfuzlu, demokratik dövlət kimi görmək istəyib. Məhz Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının liderinə Vətənə xidmət nümunəsinə çevrilib. Bu gün hər kəs bundan qürur duyur.
Hüseyn QULUZADƏ