“Aran” qəzetinin yubileyi ilə əlaqədar tədbir

         Hamlet Məmmədov adına Qaradolaq kənd tam orta məktəbində “Aran” qəzetinin 90 illiyi münasibətilə yığıncaq keçirilib. Tədbiri giriş sözü ilə açan məktəbin müəllimi, şair Xəzangül Qədimova “Aran”ın 90 il ərzində keçdiyi şərəfli həyat yolundan ətraflı söhbət açıb. “Aran” qəzetinin redaktor müavini Adil Misirli yığıncaq iştirakçılarını salamlayaraq, rayon ictimaiyyətinin sevimli qəzeti olan “Aran”ın 90 ildə əldə etdiyi nailiyətlərdən, rayonun ictimai-siyasi, iqtisadi və mədəni həyatında oynadığı roldan söhbət açaraq, gələcək planlar və görüləcək işlər barədə oxuculara məlumat verib. Adıçəkilən məktəbin müəllimi Mübariz Məmişov, ziyalı Eldar Əhmədov və digərləri qəzetin kollektivini yubiley münasibəti ilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıblar.

Sonda iştirakçılar xatirə şəkli çəkdiriblər.

Adil ƏHMƏDOV

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər