Milli mənsubiyyət və multikultural dəyərlər

İyunun 2-də “Milli mənsubiyyət və multikultural dəyərlər” mövzusunda tədbir keçirilib. C.İbrahimov adına şəhər 8 saylı tam orta məktəbində təşkil olunan tədbirdə Ağcabədi Rayon Təhsil şöbəsinin nümayəndəsi, müəllimlər və 8-11-ci sinif şagirdləri iştirak ediblər.

Tədbirdə təhsil şöbəsinin metodisti Tofiq Zeynalov, məktəbin direktoru Anar Qasımov çıxış edərək, multikultural dəyərlərin qorunmasından, inkişafından, ölkəmizdə müxtəlif xalqların mədəniyyətlərinin harmonik inkişafından ətraflı söhbət açıblar.

Sonra digər çıxış edənlər mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsini, multikulturalizm və milli-mənəvi dəyərlərin tarixi köklərə bağlı olduğunu diqqətə çatdırıblar. Qeyd olunub ki, respublikamızda bütün xalqların nümayəndələri bir ailə kimi yaşayır. Bu da Prezident İlham Əliyevin milli-mənəvi və multikultural dəyərlərə göstərdiyi yüksək diqqət və qayğının parlaq təzahürüdür.

Yekunda şagirdlərlə fikri mübadiləsi aparılıb, onların sualları cavablandırılıb.

Rəmziyyə HƏSƏNOVA

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər