Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Rüfət Quliyev kikboksinq idman növü üzrə Azərbaycan çempionatında uğurlu nəticələr əldə etmiş Ağcabədi idmançıları ilə görüş keçirib. İdarə rəisi idmançıları qazandıqları qələbələr münasibəti ilə təbrik edib, onlara yeni-yeni nailiyyətlər arzu ediblər. Rüfət müəllim görüşdə xüsusi olaraq vurğulamışdır ki, son dövrlərdə respublikamızın hər yerində olduğu kimi, Ağcabədidə də idman sahəsi uğurla inkişaf etməkdədir. Məhz bunun nəticəsidir ki, idmançılarımız müxtəlif idman növləri üzrə milli yığma komandanın tərkibində çıxış edir. Artıq 3 nəfər ağcabədili idmançı Əli Cəfərov, Minayə Əkbərova və Mahmud Hüseynov Türkiyə Respublikasının Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi oyunlarında iştirak etmək hüququ qazanıb.
Qeyd edək ki, 20-22 may 2022-ci il tarixlərdə Bakı şəhərində keçirilmiş Kikboksinq idman növü üzrə Azərbaycan çempionatında iştirak edən həmyerlilərimiz 3 medal qazanıb. Onlardan Mahmud Hüseynov 54 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək 1-ci yerə layiq görülüb və İslamiyadaya vəsiqə qazanmışdır. Digər idmançılarımızdan Vüqar Mamedov 60 kq çəki dərcəsində 2-ci yerə, Sübhan Mamedov isə 51 kq çəki dərəcəsində 3-cü yerə layiq görülüblər.
“Aran”