İyunun 9-da Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Ağcabədi şəhər Üzeyir Hacıbəyli adına Uşaq İncəsənət Məktəbində şəhidlərimizin əziz xatirəsinə həsr edilən “Şəhidim Xudayar” adlı konsert təşkil olunub.
Öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra “Xudayar təsnifi” səsləndirilib.
Tədbiri çıxış nitqi ilə sözügedən məktəbin tədris işləri üzrə direktor müavini Günel Kərimova açaraq, iştirakçıları salamlayıb, məktəbin şagirdlərinə fəaliyyətlərində uğurlar arzu edib. O, tədbirin ərsəyə gəlməsində zəhməti olan müəllimlərdən Xəqani Əliyev və Həsən Fərhadova təşəkkürünü və minnətdarlığını bildirib.
Tədbir iştirakçılarına məktəbin tar, qarmon, vokal ifaçıları, eləcə də rəqs qrupları tərəfindən rəngarəng musiqi proqramları təqdim olunub.
Sonda şagirdlər Fəxri fərmanlarla təltif olunublar.