Ağcabədidə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıb

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakinləri Emin Təhməzov və Elman Mamedov saxlanılıblar. Onların yaşadıqları evlərin həyətyanı sahələrinə müvafiq qaydada baxış keçirilib. Baxış zaman E.Təhməzova məxsus 76 ədəd və E.Mamedova məxsus 71 ədəd aqrotexniki qaydada qulluq edilərək yetişdirilən çətənə bitkiləri aşkarlanaraq götürülüb.

Hər iki faktla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər