Layiqli davamçı

         Yeni Qaradolaq kəndindən olan Fəqan İsmayılov hələ çox gəncdir. O, respublikamızda tanınmış, adlı-sanlı pambıqçı kənd təsərrüfatı mütəxəssisi, “1-ci dərəcəli Əmək orden”li mərhum Tofiq İsmayılovun oğludur. Fəqan atası dünyasını dəyişdikdən sonra onun yolunu davam etdirərək, təsərrüfatla məşğul olmaq qərarına gəlib. Hazırda ailəyə məxsus fermer təsərrüfatına başçılıq edən bacarlıqlı gənc geniş təsərrüfat işləri ilə məşğul olur. O, pambıqçılıq və taxılçılıq sahəsində yüksək nəticələrə nail olmaq üçün işə ürəkdən girişib.

F.İsmayılov ötən ildən 8 hektar sahədə taxıl əkib. Göstərilən yüksək aqrotexniki xidmət sayəsində hazırda sahələrdə bol məhsul yetişdirilib. Gənc fermerin dediklərinə görə, yaxın vaxtlarda taxıl biçininə başlanılacaq. O, hər hektardan 60 sentner məhsul götürəcəyini bildirib.

Fəqan cari mövsümdə 26 hektar sahədə pambıq əkib. Görülmüş tədbirlər nəticəsində tarlaalrda normal bitiş alınıb. Pambıq bitkisinin daha yaxşı yetişdirilməsi üçün burada aqrotexniki tələblərə uyğun becərmə tədbirləri həyata keçirilir. Quraqlıq səbəbindən yaranmış çətinliklərə baxmayaraq, pambığın bitiş suyunun verilməsi təmin olunub. Hazırda sahələrdə geniş kultivasiya, alaq otlarına qarşı mübarizə və müvafiq yemləmə işləri görülür. Bu sahədə kollektiv üzvləri əllərindən gələni əsirgəmirlər. Nəticədən ruhlanan Fəqan İsmayılov deyir ki, artıq tarlalarda bol məhsulun əsası qoyulub. Bu da onu deməyə əsas verir ki, fermer təsərrüfatında bu il də rekord miqdarda məhsul əldə ediləcək. Kollektivin səyi ilə hər hektardan məhsuldarlığın 60 sentnerdən yuxarı olacağı gözlənilir. Gənc fermerə fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

Adil MİSİRLİ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər