32.1 C
Aghjabadi
Bazar, İyun 26, 2022

Qəlblərdə yaşayan sənətkar

         Tanınmış şair, alim Ənvər Əhməd gənclik illərində “Sürət” qəzetində müxbir, ədəbi işçi və şöbə müdiri vəzifələrində çalışıb. Bu yazıda mərhum sənətkarın həyat və yaradıcılığı haqqında fikir və düşüncələrimi sizinlə bölüşürəm… 1966-cı ildə hələ çox gənc yaşında yazdığı “Kökələr” şeiri ilə Ənvər Əhməd poeziyamıza öz möhürünü vurdu. Balalarına kökə bişirən ananın obrazını şair hələ o vaxt yaratmağa müvəffəq olmuşdu:

….

Yenə mənim könlümə

Kökə düşüb, ay ana,

Kökə bişir balana.

Əllərinin ətrini

Kökələrdən duyum mən.

Kökələri öpərək

Gözün üstə qoyum mən!

Bizim nəsildə hər kəs qələm sahibi olduğundan aramızda açıq, səmimi münasibət vardı. Hamı kimi mən də əmim olsa da, Ənvər Əhmədə şair deyə müraciət edərdim. O, da mənə sevimli, istiqanlı, ürəyə yatımlı dədə adıyla müraciət edərdi… O, təkcə doğulduğu kəndimiz Salmanbəylinin, Kəbirlinin, Ağcabədinin yox, bütün Azərbaycanın şairi idi. Qohumları çox, nəsli böyük idi. Amma dostları, sirdaşları, oxucuları daha çox idi. Çünki üzündən təbəssüm süzülərdi, içi işıqlıydı. Mehriban, həzin, insanpərvər və eyni zamanda Vətəni, torpağı ürəkdən sevən çılğın bir şair idi Ənvər Əhməd. Vətəndə qürbət həsrəti, Qarabağ nisgili ilə yaşaya bilmirdi. Misralarındakı torpaq, doğulduğu, oylağı olan yurd həsrəti adamı yandırırdı. Çox zaman bu böyük ürəyə sahib olan nikbin, əyilməz şairin Vətən həsrəti, dərdi içinə sığmazdı. Doğma, müdrik baxışlarından işğal altında olan torpaqların adı, coğrafiyası süzülürdü.

…2021-ci il 30 avqustunda Şuşaya, Vaqif poeziya günlərinin açılışına dəvət almışdı. Ancaq təbiətin şirini, şəkər onu qaranlıq komaya saldı. O, Şuşaya gedə bilmədi. İllərdən bəri ürəyinin başında gəzdirdiyi Şuşalı günlərə qayıda bilmədi. Gözəl Qalanı bir də görmədi. Ona olan sonsuz sevgisi ürəyində qaldı. Təəssüf ki, o, Şuşanı salamlayıb, bağrına basa bilmədi, qoynunda doyunca ağlamadı. Ancaq indi ağladı. Ona baxıb mən də kövrəldim:

Ayaq basdığım

Vətən torpağı

Ürəyimin

başından keçir…

Nəslimizin poeziya palıdı olan nəhəng şairi bir daha xatırlayıram. Yazan qələmim də çılğınlaşır. Onun haqqında keçmiş zamanda yazmaq istəmirəm. Qələm tərslik etmir, o da sənin bizimlə, səni sevənlərlə, yaddaşımızın dərinliyində yaşadığını bilir. Bir az kiçicik təsəlli üçün görünən yerini axtarıram. Sənli günlərə, sənə qayıtmaq istəyidir bu təsəlli axtarışı…

…Düz 50 il bundan öncə sənin  işlədiyin redaksiyada çalışıram. İş yerim elə sənin o vaxtkı kabinetindir. Burada şəklinə dəfələrlə baxır, kitablarını yenidən oxuyuram. Nurani, xeyirxah, şair simanın çələngini qəlbimdə bir daha toxuyuram. Şair, sən unudulmazsan. Əziz surətin, yaraşıqlı siman həmişə gözümüzün önündə, yaddaş və ürəyimizin ən layiqli guşəsində özünə əbədi məskən salıb. Sən həmişə bizimləsən, Şair!

Adil MİSİRLİ

“Ədalət” qəzeti, 26 fevral 2022-ci il

Xəbər lenti

Ağcabədidə Silahlı Qüvvələr Günü qeyd olunub

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 104 illiyi münasibətilə Ağcabədi rayon ərazisində "N" saylı hərbi hissədə tədbir keçirilib. Öncə Ağcabədi rayon icra hakimiyyətinin başçısı...

26 İyun Azərbaycan Silahlı Qüvvələri Günüdür

1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar ata...

“Şuşa ili”nə həsr olunmuş tədbir maraqla qarşılanıb

Ağcabədi Rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü və təşkilatçılığı, "Ələk" ədəbi məclisi, Ağcabədi şəhər Uşaq İncəsənət Məktəbi, Qarabağ Muğam Mərkəzi və Ağcabədi Rayon...

Dövlətçiliyin və Xalqın xilaskarı

Azərbaycanın Xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyev  tarixə öz adnını qızıl həriflərlə yazmış dahi sərkərdə olmuşdur. Heç şübhəsiz ki, Ulu...

“Qəbələ”nin kapitanı: “Valideynlərim futbola getməyimə ancaq bir şərtlə razılaşmışdılar ki…” – MÜSAHİBƏ

Saytımızda bu gündən etibarən "TAM ŞƏXSİ" rubrikasına start veririk. Sözügedən rubrikada tanınmış futbolçularla onların futbol karyerası və ailə həyatına dair müsahibələrə yer...

Təbrik edirik!

            Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 iyun 2022-ci il tarixli Sərəncamı ilə respublikamızda bir qrup dövlət qulluqçusu “Dövlət qulluğunda fərqlənməyə görə”...

23 İyun Dövlət Qulluqçularının peşə bayramıdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamına əsasən hər il İyunun 23-ü dövlət qulluqçularının peşə bayramı günü kimi...

Yerli idarəetmədə yeniliyin ünvanı

Dövlətin istəyi reallaşır, vətəndaş məmnun qalır Ağcabədi ölkənin böyük iqtisadi potensiala, əmək ehtiyatlarına malik rayonlarındandır. Bu diyarın torpağı münbit,...

Aran kəndində səyyar qəbul keçirilib

            Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə icra və idarəetmə orqanlarının rəhbərləri tərəfindən vaxtaşırı yerlərdə səyyar qəbullar keçirilir, vətəndaşların problemlərinin həlli...

Azərbaycan Milli Kitabxanasının direktoru , həmyerlimiz CENL toplantısında çıxış edib

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov Ankarada Prezident Kitabxanasında keçirilən CENL toplantısında çıxış edib. Kitabxanadan bildirilib ki, Avropa Milli...

Şərhlər