Hazırda Ağcabədi Suvarma Sistemləri İdarəsi bölgə ərazisində, ümumilikdə 63 min hektar əkin sahəsinə xidmət edir. Həmin sahələrdə adıçəkilən idarə tərəfindən səmərəli meliorativ tədbirlər həyata keçirilir. Belə ki, 12 min hektardan artıq pambıq, 19 min hektardan artıq taxıl, 25 min 630 hektar yonca və 6 min 322 hektar digər kənd təsərrüfatı bitkiləri əkini sahəsində suvarma işləri aparılıb.
Bu zaman suvarma işləri 13 min hektarda idarənin balansında olan nasoslarla, 23 min 290 hektarda öz axımı ilə və 26 min 710 hektarda isə artezian quyuları vasitəsi ilə həyata keçirilib.