20.8 C
Aghjabadi

Xatirə bulaq kompleksinin açılışı olub

​12 iyun 2022-ci il tarixdə rayonun Arzbar kəndində şəhid Elsevər Piriyevin xatirısini əbədiləşdirmək üçün xatirə bulaq komleksinin açılışı olub. Bulaq komleksi kəndin mərkəzində, vaxtı ilə Elsevərin oxuduğu Arazbar kənd ümumi orta məktəbinin qarşısında inşa edilib.

​Vətən müharibəsində şəhid olan Elsevər Piriyev qısa və mənalı, gənc nəslə örnək olan həyat yolu keçib. Bu vətənpərvər, qəlbi torpaq sevgisi ilə döyünən Elsevər qəhrəmanlıq dolu bir ömür yaşayıb. Müharibənin ilk günlərindən döyüşən, ordu sıralarına qatılan Elsevər 2020-ci il oktyabrın 15-də Hadrut uğrunda gedən qızğın döyüşdə şəhidlik zirvəsinə ucalıb. Ali Baş Komandan İlham Əliyevin Sərəncamları ilə o, ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”,Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub. 

​Xatirə bulaq kompleksinin açılış mərasimi şəhidin doğum gününə təsadüf edib. Açılış mərasimində Ağcabədi Rayon İcra Hakimiyyəti Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiriŞöhrət Orucov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin məsul işçisi İlkin Alıyev, rayon polis şöbəsinin əməkdaşı Tural Məlikov, kənd sakinləri, müəllimlər, şəhidin yaxınları, döyüş yoldaşları və media nümayəndələri iştirak ediblər.

​Mərasim iştirakçıları çıxış edərək, şəhid Elsevər Piriyevin keçdiyi döyüş yolundan danışıb, onun haqqında xatirələrini bölüşüblər.

Adil MİSİRLİ

Xəbər lenti

Kəhrizli kəndində səyyar qəbul keçirilib

            Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov səyyar qəbullarda rayonun müxtəlif kəndlərində yaşayan sakinlərlə görüşür, mövcud problemlərin həlli istiqamətində müvafiq tapşırıqlar...

Şəhid Toğrul Abbasovun anım günü qeyd edildi

            Torpağı Vətən edən, onu bütövləşdirən, bu amal uğrunda şəhadətə ucalan Vətən oğullarının sırasında Abbasov Toğrul Bayram oğlu da var idi. Sentyabrın...

Prezident İlham Əliyev Füzuli rayonuna səfər edib

https://www.youtube.com/watch?v=eo_JiDuoPAI

Şəhid Əmrah Mamedovun Anım günü qeyd olunub

            Sentyabrın 27-də Vətən müharibəsində qəhrəmancasına vuruşaraq, şəhadətə ucalan Əmrah Mamedovun anım mərasimi keçirildi. Mərasimində Ağcabədi Rayon İcra...

Müstəqilliyimizin əbədi qarantı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Füzuli rayonuna səfəri zamanı geniş çıxış edib. Dövlət başçısı qeyd edib ki, 27 sentyabr - Anım Günü bütün Azərbaycan xalqı şəhidlərimizin əziz...

Qızılyel xəstəliyinin hansı fəsadları ola bilər?

“Qızılyel streptokokk mikrobun törətdiyi ağır infeksion xəstəlikdir. Qızılyel zamanı dəri zədələnir, dəridə xarakterli al-qırmızı ləkələr əmələ gəlir”. Bu söləri Mayomed Fizioterapiya və...

Televiziyadan baxdığımız superliqa və ya bizimkilərə Türkiyədə niyə maraq yoxdur?

Ötən mövsümün sonlarına doğru Türkiyənin nəhəng klubları olan "Beşiktaş" və "Qalatasaray"ın məsul şəxslərinin Azərbaycandan futbolçu transfer edə biləcəklərini dilə gətirmələri yerli mediamızda...

Çox oxuyan, çox bilər

Nitq mədəniyyətinin formalaşmasında və söz ehtiyatının yaranmasında bilik mənbəyi olan kitablar əvəzedilməz rol oynayır. Son dövrlər təəssüf ki, kitaba münasibət xeyli dəyişib,...

Rayonda 2022-ci il yanvar-iyun aylarında əhaliyə göstərilən ödənişli xidmət və iaşə dövriyyəsi

2022-ci il yanvar-iyun aylarında rayon ərazisində ümumilikdə əhaliyə 32687.9 min manat ödənişli xidmət göstərilmişdir. Əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 2021-ci ilin müvafiq...

Ucalaraq əbədiyyət zirvəsinə…

Ellər üçün can vermək də dedi, azdı,Həyatıyla ölümlərə məzar qazdı.Öz adından zamanlara zəfər yazdı,Tarixlərdə həmişəlik qaldı şəhid. Amalından günəş...

Şərhlər