Bugünlərdə Ağcabədi şəhər Uşaq Musiqi Məktəbində tədris müddətinin başa çatması ilə əlaqədar olaraq, şagirdlərin “Son zəng” tədbiri keçirilib. Tədbirdə müəllim və şagirdlər, valideynlər, mədəniyyət işçiləri və media mənsubları iştirak edib.
Əvvəlcə Vətən müharibəsində həlak olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sözügedən musiqi məktəbinin direktoru Xalidə Abbasova tədbiri giriş sözü ilə açaraq, iştirakçıları salamlayır. O, musiqi məktəbində təhsilini başa vuran şagirdləri təbrik edib, onlara həyatda və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Sonra müəllim və şagirdlər çıxış edərək öz xatirələrini bölüşmüşlər.
Tədbirin sonunda iştirakçılara məzunların ifasında xalq mahnıları və müəllif əsərlərindən ibarət geniş tədbir proqamı nümayiş olunub.
Sonda xatirə şəkilləri çəkdirilib.
H. QULUZADƏ