32.1 C
Aghjabadi
Bazar, İyun 26, 2022

“Son zəng” tədbiri keçirilib

Ölkəmizin hər yerində olduğu kimi Ağcabədi rayonunda fəaliyyət göstərən tam orta məktəblərdə də “Son zəng” tədbirləri keçirilib. Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Sarıcalı kəndində yerləşən M.Uluxanov adına tam orta məktəbdə düzənlənən “Son zəng” tədbirinə qatılıb, məzunları və pedaqoji kollektivi təbrik edib.

            Dövlət himninin möhtəşəm sədaları ilə açıq elan edilən tədbirdə müəllimlər, məzunlar və onların valideynləri duyğulu anlar yaşayıblar. Daha sonra məktəbin adını daşıdığı şəhid M.Uluxanovun xatirəsi yad edilib.

Məktəbin direktoru bildirib ki, ölkə başçısının diqqəti təhsilin səviyyəsinin gündən-günə yüksəldilməsi, uşaqların elmi biliklərə layiqincə yiyələnməsinə zəmin yaradır.

Rayon rəhbəri çıxış edərək qeyd edib ki, ölkəmizdəki hərtəfəfli inkişaf təhsil sahəsindən də yan keçmir. İcra başçısı kənddə bu il istifadəyə verilən 360 yerlik məktəb binasının  Prezident İlham Əliyevin “Ağcabədi rayonunun Sarıcalı kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” 4 iyun 2020-ci il tarixli Sərəncamına əsasən həyata keçirildiyini və bunun ölkə rəhbərinin təhsilə verdiyi dərin diqqətin göstəricisi olduğunu vurğulayıb.

R.Hüseynov Sarıcalı kəndində təhsil alan şagirdlərin hər il yeni-yeni müvəffəqiyyətlərə imza atdığnı da diqqətə çatdırıb.

Sonda meydan al-əlvan geyinmiş məzunların ixtiyarına verilib. Birincilər məzunları təbrik edib. Vətənpərvəlik mövzusunda şeirlər səsləndirilib. Rayon rəhbəri ilə xatirə şəkilləri çəkilib.

Orxan KƏRİMOV

Xəbər lenti

Ağcabədidə Silahlı Qüvvələr Günü qeyd olunub

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 104 illiyi münasibətilə Ağcabədi rayon ərazisində "N" saylı hərbi hissədə tədbir keçirilib. Öncə Ağcabədi rayon icra hakimiyyətinin başçısı...

26 İyun Azərbaycan Silahlı Qüvvələri Günüdür

1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar ata...

“Şuşa ili”nə həsr olunmuş tədbir maraqla qarşılanıb

Ağcabədi Rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü və təşkilatçılığı, "Ələk" ədəbi məclisi, Ağcabədi şəhər Uşaq İncəsənət Məktəbi, Qarabağ Muğam Mərkəzi və Ağcabədi Rayon...

Dövlətçiliyin və Xalqın xilaskarı

Azərbaycanın Xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyev  tarixə öz adnını qızıl həriflərlə yazmış dahi sərkərdə olmuşdur. Heç şübhəsiz ki, Ulu...

“Qəbələ”nin kapitanı: “Valideynlərim futbola getməyimə ancaq bir şərtlə razılaşmışdılar ki…” – MÜSAHİBƏ

Saytımızda bu gündən etibarən "TAM ŞƏXSİ" rubrikasına start veririk. Sözügedən rubrikada tanınmış futbolçularla onların futbol karyerası və ailə həyatına dair müsahibələrə yer...

Təbrik edirik!

            Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 iyun 2022-ci il tarixli Sərəncamı ilə respublikamızda bir qrup dövlət qulluqçusu “Dövlət qulluğunda fərqlənməyə görə”...

23 İyun Dövlət Qulluqçularının peşə bayramıdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamına əsasən hər il İyunun 23-ü dövlət qulluqçularının peşə bayramı günü kimi...

Yerli idarəetmədə yeniliyin ünvanı

Dövlətin istəyi reallaşır, vətəndaş məmnun qalır Ağcabədi ölkənin böyük iqtisadi potensiala, əmək ehtiyatlarına malik rayonlarındandır. Bu diyarın torpağı münbit,...

Aran kəndində səyyar qəbul keçirilib

            Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə icra və idarəetmə orqanlarının rəhbərləri tərəfindən vaxtaşırı yerlərdə səyyar qəbullar keçirilir, vətəndaşların problemlərinin həlli...

Azərbaycan Milli Kitabxanasının direktoru , həmyerlimiz CENL toplantısında çıxış edib

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov Ankarada Prezident Kitabxanasında keçirilən CENL toplantısında çıxış edib. Kitabxanadan bildirilib ki, Avropa Milli...

Şərhlər