3.5 C
Aghjabadi

“Ağcabədi rayon prokurorluğunun məlumatı”nı təqdim edirik

Xəbər verildiyi kimi, 06.02.2022-ci il tarixdə Ağcabədi rayon sakini 1982-ci il təvəllüdlü Ehtiram Əmirovun transformatorda təmir işləri görərkən elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanmışdır.Müəyyən edilmişdir ki, “Azərişıq” ASC-nin Aran Regional enerji təchizatı və satışı idarəsinin Ağcabədi Elektrik şəbəkəsinin satış üzrə nəzarətçi-mühəndisi vəzifəsində işləyən Bəhrəm Quliyev qeyd edilən tarixdə saat 14 radələrində Şənlik kəndində yerləşən transformatorda baş vermiş qəza ilə əlaqədar xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə, Ağcabədi Elektrik şəbəkəsinin paylayıcı şəbəkə sahəsində əvvəllər elektrik montyoru işləmiş Ehtiram Əmirova həmin transformatorun qoruyucularını təmir etməsini tapşırmışdır. E.Əmirov təmir işlərinə başlamazdan əvvəl “Mingəçevir Regional Elektrik Şəbəkəsi” MMC-nin Ağcabədi yarımstansiyasının xidməti telefonuna zəng edərək növbətçi-dispetçer Dilqəm Məmmədova transformatoru elektrik xəttindən ayırmasını bildirdiyi halda sonuncunun səhvi nəticəsində elektrik cərəyanının ötürülməsi davam etdiyindən Ehtiram Əmirov naqillərə toxunduğu anda elektrik cərəyanının vurması nəticəsində ölmüşdür.Bəhrəm Quliyevə Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini aşma, ağır nəticələrə səbəb olduqda), Dilqəm Məmmədova isə həmin Məcəllənin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilmişdir. Hazırda cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Xəbər lenti

Mən Şuşadan gəlirəm -2

                                       Artıq dekabr ayıdır. Amma mən sizə avqust ayında baş tutmuş bir səfərimdən...

Xolesternlə necə mübarizə aparmalı? – MÜTƏXƏSSİS YANAŞMASI

Xolestern bir lipid, yəni bir yağ növüdür. Heyvan mənşəli qidalarda və bütün hüceyrələrdə olan şam quruluşunda yağ kimi maddələrdir. Yüksək xolesterin isə...

İnkişaf Qələbənin əsasıdır

 “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik,...

“Niva” “Ford Transit”lə TOQQUŞDU- Sürücü öldü

Dekabrın 4-də saat 2 radələrində Ağcabədi rayonunun Aşağı Avşar kəndi ərazisində Ağdam rayon sakini Məhəmməd Hüseynzadənin idarə etdiyi “Niva” və Ağcabədi şəhər...

Ağcabədidə ” 3 Dekabr -Beynəlxalq Əlillər Günü” qeyd olundu

Ağcabədidə " 3 Dekabr -Beynəlxalq Əlillər Günü" qeyd olunduAğcabədi rayonunda " 3 Dekabr Beynəlxalq Əlillər Günü"nə həsr olunmuş...

Ağcabədidə 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibəti ilə tədbir keçirilib

Ağcabədi rayonunda 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi,Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının birgə əməkdaşlığı ilə tədbir keçirilib. 

Ağcabədidə “Təhlükəsiz Həyat” gənclər arasında maarifləndirici tədbirlər layihəsi keçirilmişdir

   Ağcabədi rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatı dəstəyilə “Aydınlar Ocağı” humanitar ictimai birliyi tərəfindən “Təhlükəsiz Həyat” gənclər arasında maarifləndirici...

Köyük kəndində səyyar qəbul keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun dekabr ayı üzrə ilk, 2022-ci il üçün isə növbəti səyyar qəbulu Köyük kəndində keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri...

Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Noyabrın 24-də ADPU-nun Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri keçirildi.

Müasir poeziyamızda Qarabağ hadisələrinin və qələbəmizin bədii əksi

      Bütövlüyün, vəhdətin izini, bəlkə də, sərhədlərdən silmək olar, amma yadlaşlardan, qandan yox. Odur ki, bu xalqın yaddaşından silinməyən, “böyük bir həsrət...

Şərhlər