“Aran” qəzetinin 90 illiyinə həsr olunmuş tədbirlər davam etdirilir

“Aran” qəzetinin 90 illik yubileyi ilə əlaqədar  silsilə tədbirlər davam etdirilir. Növbəti belə tədbirlərdən biri Mərkəzləşdirilmiş Kitabxana Sistemi ilə birgə keçirilən sərgi olub. Mərkəzi Kitabxananın həyətində təşkil  olunan sərgidə Ağcabədi Rayon İcra Hakimiyyətinin, YAP- Ağcabədi rayon təşkilatının, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın,
Gənclər və İdman İdarəsinin, Mərkəzi Kitabxana Sisteminin, Heydər Əliyev Mərkəzinin, Uşaq Yaradıcılıq Mərkəzinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin, Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları,   “Ələk” ədəbi məclisinin üzvləri  iştirak ediblər.

Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoruMəhəbbət Əliyeva tədbiri giriş sözü ilə açaraq,  “Aran” qəzetinin kollektivini  təbrik edib və qəzetin nəşr tarixihaqqında məlumat verib. Sonra RİHB aparatının İctimai-siyasi humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rahilə Şükürova, “Aran” qəzetinin redaktoru Məhsəti Musa, İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri VaqifQarayev, YAP  Ağcabədi rayon təşkilatının əməkdaşı Nazim Bünyatov, ziyalı, şəhid atası Rəşad Rəhimov,  Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov,  “Aran Ağcabədi” televiziyasının redaktoru Gündüz Sevindik,  “Aran” qəzetinin redaktor müavini Adil Misirli və digərləri çıxış edərək, rayon rəhbərliyinin qəzetə göstərdiyi diqqət və qayğıdan söz açıblar. Qeyd olunub ki, qəzetin son zamanlar 3000 nüsxə tirajla, həftədə 2 dəfə çap olunması, saytının və internet televiziyasının yaradılması bölgə mətbuatı üçün çox uğurlu addımdır.  Bildirilib ki, rayonun sosial-iqtisadi inkişafı, bölgədə aparılan abadlıq və quruculuq işləri mütəmadi olaraq qəzetin səhifələrində, saytda və televiziyada  işıqlandırılır.
  Çıxış edənlər 90 illik yubiley münasibəti ilə qəzet əməkdaşlarını təbrik edib, onlara uğurlar arzulayıblar.
  Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Qəzetin müxtəlif dövrlərdə nəşr olunan nüsxələrindən nümunələr, xüsusi buraxılışlar, Ağcabədi yazarlarının kitabları, milli mətbuatımıza, zəfərimizə həsr olunmuş bölmələr, həmçinin Uşaq- Gənclər İnkişaf Mərkəzi və Ağcabədi Rayon Dövlət Rəsm Qalereyasının  üzvlərinin əl işlərinin nümayiş etdirildiyi sərgi iştirakçıların böyük marağına səbəb olub.
Yekunda  “Ələk” ədəbi məclisi tərfindən sərgilənən 50-dən artıq bədii kitab oxuculara hədiyyə edilib.

Şərhlər